Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

"Aztəminatlı ailələrdə üzvlərin hər birinə 125 manat ödəniş olsa, çox adam evdən çölə çıxmaz" -QUBAD İBADOĞLU

 


"Viruslu xəstələr çoxalarsa onlara xidmət etmək üçün yalnız infrasturktur problemi ilə deyil, həm də tibbi ləvazimatlar və avadanlıqların çatışmazlığı ilə qarşılaşacağıq"

"ABŞ koronavirusa yoluxanların sayına görə dünyada 1-ci yerə çıxdı. Burda yoluxmaq ehtimalı başqa ölkələrlə müqayisədə yüksək olsa da, daxilən narahat deyiləm. Çünki tibbi sığortam, həkimlərə inamım, dərmana, qidaya etimadım var. Ona görə də burdakıların deyil, Azərbaycandakıların narahatlığını yaşayıram". 

Yenixeber.org: Bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

İqtisadçı alim qeyd edib ki, Azərbaycanda olanlar həm iqtisadi, həm də sağlamlıq baxımdan müdafiəsizdir: "Tibbi sığorta yoxdur, səhiyyəyə, həkimə, dərmana da güvənc itib. Allah eləməmiş viruslu xəstələr çoxalarsa onlara xidmət etmək üçün yalnız infrasturktur problemi ilə deyil, həm də tibbi ləvazimatlar və avadanlıqların çatışmazlığı ilə qarşılaşacağıq. Amma bütün bunlar böyük əksəriyyəti qayğılandırmır. Elə bil ki, ətrafda nələr baş verdiyini görmürlər. Belə münasibət xalqı təhlükə altına atır. Metronu bağla deyirik, susurlar, sanki gözləyirlər ki, metro sərnişinsiz işləsin və öz-özünə dayansın. Siyasi məhbusları azad etməyə çağırış edirik, Tofiq Yaqublunu şərləyib həbsə atıb, məhbəsdəkilərin sayını artırır, ölkənin nüfuzunu da daha da aşağı salırlar. Əhaliyə çağırış edirik ki, evdə qalın, bunu eşidənlənlərlə əməl edənlər arasında fərq azalmaqdansa, əksinə artır. Anlayıram ki, bəziləri evdə ona görə qala bilmir ki, günəmuzd işləyir. Onlara gerçəkdən dövlət sahib çıxmalıdır ki, hər gün evdən qazanc dalınca çıxmasınlar".

Onun sözlərinə görə, bu gün ABŞ qərar verib ki, əgər ailədə 1 nəfərin illik gəliri 75 min, 2 nəfərin illik gəliri 150 min dollardan azdırsa, onda aprelin 6-dan başlayaraq vergi idarəsi ailənin 17 yaşından yuxarı üzvlərinin hər birinin hesabına 1200 dollar, 17 yaşdan aşağı olan üzvlərinin hər birinə isə 500 dollar vəsaiti birbaşa bank hesabına transfert edəcək: "Azərbaycanda 1200 dollar, yox, hətta aztəminatlı ailələrdə üzvlərin hər birinə ayda minimum əmək haqqının 0.5 misli qədər - 125 manat ödəniş olsa çox adam evdən çölə çıxmaz, oturub kasıblığın edər, vurusdan özünü qoruyar, bununla da həm ailəsini, həm də cəmiyyəti xilas edər".(hurriyyet.org)

Vazeh BƏHRAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam