Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazir dövlət vəsaitlərini mənimsəməkdə ittiham edilir

 

“Dövlətin büdcəsindən təhsilə ayrılan xərclər Mikayıl Cabbarova yaxın 3-4 şəxsin yardımı ilə heç bir yerdə adı olmayan heç bir maddi texniki bazası olmayan heç bir əsas və dövriyyə vəsaitlərinə malik olmayan həmçinin nizamnamə kapitalı olmayan şirkətlər vasitəsi ilə talan olunur”.
"Xeberinfo.com":  Məlumata görə, bu sözləri sahibkarlıqla məşğul olan və məlum səbələrdən adının açıqlanmasını istəməyən iş adamı PİA.AZ-a ünvanladığı şikayət məktubunda bildirir. İşadamının iddasına görə Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra dövlət büdsəsindən ayrılan vəsaitləri açıq açıq satınalma yolu ilə deyil, gizli şəkildə, öz yaxın adamlarına məxsus olan bir neçə şirkət vasitəsi ilə həyata keçirir. Bu isə büdcə vəsaitlərinin xərclənməsində korrupsiyaya yol açan əsas faktora çevrilib. 
Qeyd edək ki, nazirliyin mətbuat xidməti mətbuata qapalı fəaliyyət göstərdiynə görə qarşı tərəfin mövqeyini dərc edə bilmirik. Buna baxmayaraq istənilən qaydada qarşı tərfin mövqeyini dərc etməyə hazırıq.
PİA.AZ-a daxil olan məlumatı olduğu kimi oxucularımızın diqqətinə cəlb edirik:
“Hörmətli pia.az mən orta sahibkarlıqla məşqul olan bir iş adamıyam, məktəblər üçün mebel inventar və anadanlıq istehaslı ilə məşqulam, həmçinin məktəblərin təmiri üzrə təmir sexlərimdə vardır. Gündəlik dövlət qəzetlərini alıram və ordakı tender elanları ilə tanış oluram. Təhsil Nazirliyindən başqa demək olar ki, bütün nazirliklərin və ayrı-ayrı büdcə müəssisə və təşkilatların malların alınması və xidmətlərin göstərilməsi məqsədi ilə açıq tender elanlarının verdiklərini görürəm. Lakin 2 ilə yaxındır ki, Təhsil Nazirliyinin satınalma prosedurları ilə bağlı bir dənədə olsun tender elanlarına rast gəlmirəm. 
29 yanvar 2015-ci il tarixli Azərbaycan qəzetini alıb oxuyanda Azərbaycan Respublikasının Baş Prokurorluğunun 2015-ci ildə malların və xidmətlərin satın alınmasının tender  elanı ilə tanış olduğdan sonra Sizə müraciət etməyə qərara gəldim.
Hörmətli pia.az bildiyiniz kimi hər il dövlət büdcəsindən Təhsil Nazirliyinə malların alınması xidmətlərin göstərilməsi məktəblərin əsaslı və cari təmir olunması məqsədi ilə on milyonlarla  manat dövlət vəsaiti ayrılır. O da məlumdur ki, qanunvericiliyə əsasən dovlət vəsaitləri satın alma prosedurları keçirilmədən xərclənə bilməz. Lakin Mikayıl Cabbarov Təhsil Naziri təyin olunandan sonra bir dəfədə olsun dövlətin Təhsil Nazirliyinə ayrılan vəsaitlərin şəffaf xərclənməsinin təmin etmək məqsədi ilə açıq satınalma proseduru keçirmir, həmin vəsaiti istədiyi kimi, istədiyi zaman, istədiyi adamlarla nəğdləşdirərək və təhsil müəssisələrinin rəhbərlərinin başlarını birtəhər aldadıb dolandırmaqla dövlət vəsaitlərini talan edir. Nazir Mikayıl Cabbarovun bu sahədə məsləhətçiləri Maliyyə Nazirliyin müavini eyni zamanda ölkəmizin baş xəzinədarı Azər Bayramov və onun Təhsil nazirinin müavini olan, maliyyə məsələləri üzrə Təhsil Nazirliyin aparaıcı adamı Ceyhun Bayramovdur.
Əvvəlcə onu harda demək olar ki, bir qardaş pul ayırsın, o biri qardaş xərcləsin. Sözsüz ki, belə hal əsil korrupsiya mühütü yaradır. Bunlarda bir kənara dursun dövlətin büdcəsindən təhsilə ayrılan xərclər Mikayıl Cabbarova yaxın 3-4 şəxsin yardımı ilə heç bir yerdə adı olmayan heç bir maddi texniki bazası olmayan heç bir əsas və dövriyyə vəsaitlərinə malik olmayan həmçinin nizamnamə kapitalı olmayan şirkətlər vasitəsi ilə talan olunur. 
Saytınız vasitəsilə Respublikanın Baş Prokuroruna müraciət edirəm: “Əgər Respublikanın Baş Prokuroru  Təhsil Nazirliyinə ayrılan vəsaitlərlə müqayisədə Prokuruoluga ayrlan çöx cüzü məbləğdə vəsaitlərin xərclənməsi üçün açıq tender proseduru keçirirsə, bəs təhsil naziri Mikayıl Cabbarov dövlət tərəfindən təhsilə ayrılan on milyonlarla manat vəsaitlərin xərclənməsi üçün açıq tender niyə keçirmir? Görəsən kimdi ona bu səlahiyyəti verən? Nə üçün o ali nəzarət orqanları olan Respublika Baş Prokurorluğundan, Respublika Baş Prokurorluğunun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən, Prezident Administrasiyasının Maliyyə Nəzarəti Şöbəsindən, Hesablama Palatasından və Dövlət Satınalamları Agentliyindən qorxub çəkinmir”.
 Deyilənlərə görə bu yaxınlarda Azər Bayramovun göstərişinə əsasən 2013-2014 cü illərdə Mikayıl Cabbarov tərəfindən açıq tender proseduru keçirilmədən xərclənən vəsaitlərin ört-basdır prosesi gedir. Yəni Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Təhsil Nazirliyinin maliyyə fəaliyyətinin təftişi aparılır. Onu da qeyd edək ki, Maliyyə Nazirliyinin DMNX Təhsil Nazirinin müavini Ceyhun Bayramovun Maliyyə Nazirinin müavini olan qardaşı Azər Bayramovun birbaşa tabeliyində olan qurumdur. Başqa bir məsələni də xatırlatmaq istərdim ki, Nazir Mikayıl Cabbarov öz müavini Ceyhun Bayramovla əl ələ verərək və Maliyyə nazirinin müavini Azər Bayramovun məsləhətləri və köməkliyi sayəsində Təhsil Nazirliyin tabeliyində olan hec bir Kollec, Peşə Məktəbi, Peşə Liseyi, İnternat Məktəbi, Lisey və Gimnaziyalara malların alınması xidmətlərin göstərilməsi və təmir işlərin aparılması üçün bir manatda olsa vəsait ayırmadan birbaşa Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada heç bir açıq satınalma proseduru keçirmədən kağız üzərində adı olub əslində özlərinin heç bir fəaliyyəti olmayan müəssisələr və şirkətlər tərəfindən bu xərclənən vəsaitlərin müqabilində məktəblərə lazımsız və keyfiyyətsiz invertar avadanlıqlar müxtəlif portretlər şəkillər həmçinin keyfiyyətsiz kasmetik təmir işləri görməklə işlərinin bitmiş hesab edirlər. Hətta pul hərisliyi bunlarda o həddə qədər gəlib çatıb ki, 50 sinif otağı olan məktəbə Ulu Öndərin 200-300 ədəd portretini belə verməkdən çəkinmirlər. Artıq fevral ayı başlamışdır dövlət büdcəsindən maliyyələşən təşkilatlar büdcədən ayrılan vəsaitlərin şəffaf xərclənməsi üçün dövlət mətbu orqanlarında açıq tender elanları verirlər. Təhsil Nazirliyi isə yenədə susur. Görünür yenə Mikayıl Cabbarov 2015-ci ilin büdcəsi üçündə Ceyhun və Azər Bayramov qardaşları ilə birlikdə müəyyən oyunlar çevrilməyə hazırlaşır. Əslində Mikayıl Cabbarov və Ceyhun Bayramov “şto qde koqda” proqramındakı oynu ilə oyun oynamağa alışqandırlar. Amma hesab edirik ki, o zaman oynadığı oyunu indi Təhsil Naziri kimi millətin gələcəy inkişafını təmin edən bir qurumun başındaikən oynamsı heçdə qəbul olunan deyil.
Hörmətli pia.az soruşa bilərdiniz ki, əgər belə şikayətiniz var idisə niyə bizə ele bir başa Respublika Baş Prokurorluğuna müraciət edərdiniz. Ancaq biz düşünürük ki, biz şikayətimizi Respublika Baş  Prokurorluğuna etsəydik çöx güman Baş Prokurorluğ həmin şikayəti baxılam üçün Təhsil Nazrliyinə göndərədi və onlarda onu cırıb bir kənara atardılar. Heç olmasa Sizə etdiyimiz müraciətlə ən azı təhsil ictimaiətinin Təhsil Nazirliyinin aparatında baş verən müaliyyə pozğunluqları eybəcərlikləri və dövlətin vəsaitlərinin hansı yollarla talan edilməsi ilə tanış edə bilirik. Əslində təhsil sistemində korrupsiya heç də Bakı Kompyuter Kollecininin 150 manat rüşvət alan müəllimin etdiyi hərəkətdən yox nazir Mikayıl Cabbarovun dövlət tərəfindən təhsilə ayrılan on milyonlarla vəsaitin satınalma prosedurlarına əməl etmədən açıq tendrlər keçirmədən məmisədiyi talan etdiyi faktlardan ibarətdir”.
Pia.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam