Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Təhsil nazirinin adamı Zəngilanda təhsili bərbad edib

 

RTŞ-nin müdiri Zakir İbrahimov ölkəmizdə təhsil sahəsində əldə olunan nailiyyətləri yarıtmaz fəaliyyətilə kölgə altına alır

"Xeberinfo.com":  Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz qeyd etmişdik ki, Təhsil naziri Mikayıl Cabbarovun tutduğu vəzifəyə təyinatından sonra bu sahədə müəyyən müsbət irəliləyişin olması danılmazdır. Nazir uzun illər bu sektoru nəzarətində saxlayan bir çox məmurları dəyişmək, yeni və ciddi qaydalar qoymaqla buna qismən nail olub. Amma bu hamsı deyil. Görünür, Mikayıl Cabbarov islahatları daha intensiv şəkildə davam etdirməlidir. Belə ki, aldığımız məlumatlara görə Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri Zakir İbrahimov son illər təhsil sahəsində əldə olunan nailiyyətləri məhz yarıtmaz fəaliyyətilə kölgə altına alır. Rayonun təhsil işçiləri vasitəsi ilə əldə etdiyimiz açıqlamalara görə, şöbə müdiri Zəngilan təhsilini son dərəcə acınacaqlı duruma gətirib. Bu isə haqlı olaraq yerli ictimaiyyəti və təhsil işçilərini ciddi şəkildə narahat edir. Rayon təhsil işçilərinin müxtəlif instansiyalara ünvanladıqları məktub və ərizələrdə vəziyyətin gərgin həddə çatdığı qeyd edilir. İddialara görə Zakir İbrahimov müxtəlif maliyyə maxinasiyaları ilə də əhalinin diqqətini cəlb edir. Belə ki, iddialara görə Zəngilan RTŞ-nin Bakı və Sumqayıt şəhərlərində, habelə Şirvanda, Sabirabad və Abşeron rayonlarında yerləşən təhsil müəssisələrində əslində keçirilməmiş dərs saatlarına görə əmək haqqlarının hesablanması və digər üsulların tətbiqilə dövlət vəsatlərinin mənimsənilməsi artıq adi hal alıb. Məlumdur ki, Nazirlər Kabinetinin məlum qərarı ilə hər bir müəllim həftədə 24 saat dərs yükü ilə təmin olunmalıdır. Müəllimə bundan əlavə dərs saatı vermək olmaz. Bu barədə Təhsil Nazirliyi də dəfələrlə məlumat verib, qərar qəbul edib. Lakin ixtisas müəllimləri olmadığı təqdirdə, daha doğrusu, məktəbdə kadr çatışmazlığı olduğu halda, müəllimlər yerdə qalan dərsləri əvəzçiliklə deyə bilərlər. Və buna görə müəllimə əlavə maaş yazılır. Zəngilan RTŞ-də isə həmin dərsləri müəllimlər əvəzçiliklə tədris etsələr də, buna görə ayrılmış məvacibləri ala bilmirlər. Halbuki bu gün əksər rayonlarda əvəzçiliklə verilən dərslərin məvacibi ödənilir. Ancaq Zəngilan rayonunda özəl qaydalar olduğundan təhsil şöbəsinin müdiri Zakir İbrahimov bu pulların heç vaxt ödənilməyəcəyini bildirir. Bir sözlə, rayon təhsil şöbəsinin müdiri isə nə Nazirlər Kabinetinin, nə də ki, Təhsil Nazirliyinin qərarlarına məhəl qoymur. Sanki ölkənin hər yerində işləyən qərarların Zəngilan Rayon Təhsil Şöbəsinə və konkret olaraq Zakir İbrahimova heç bir aidiyyəti yoxdur. Həmçinin təqdim olunan məlumatlara görə Zəngilan RTŞ-nin fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 14 may tarixli 67 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət büdcəsindən maliyələşən təlim-tərbiyə və təhsil müəssələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qaydalarının tələblərinə əməl olunmur. Külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə yol açan qanun pozuntularına isə şöbənin işində addımbaşı rast gəlmək olur. Artıq qeyd olunduğu kimi ərazisi işğal altında olan Zəngilanınn təhsil müəssisələri bu gün ölkəmizin müxtəlif rayonlarında fəaliyyət göstərməkdədirlər. Ümumilikdə isə Zəngilan RTŞ-nin tabeliyində fəaliyyət göstərən bu təhsil ocaqlarında 4112-dən çox şagird təhsilə cəlb edilmişdir. Aldığımız məlumatlarda isə xüsusi olaraq vurğulanır ki, müvafiq yoxlamalar nəticəsində Zəngilan RTŞ-də həyata keçirilən çeşidli mənimsəmə faktları aşkarlana bilər. Məlumatlarda irəli sürülən ittihamlara əsasən, şöbənin müdiri Zakir İbrahimovun rəhbərlik etdiyi bu qurum aidiyyatı üzrə Mərkəzi İcra orqanlarının sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərməli olduğu halda, əksər hallarda həmin qərar və sərəncamların pozulmasına yönəlmiş fəaliyyət göstərməkdədir.

"Bizim dövr"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam