Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Şahdağ” Turizm Agentliyindən alınıb?- Rəsmi açıqlama

    

“Şahdağ” Turizm Agentliyindən alınıb? - Rəsmi açıqlama
Yenixeber.org: “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti Dövlət Turizm Agentliyinin tabeliyində qalır.
Bu barədə açıqlamasında Nazirlər Kabinetinin 10 sentyabr 2018-ci il tarixli 381 nömrəli qərarını şərh edən Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib. 

Onun sözlərinə görə, Nazirlər Kabinetinin “Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında 7 iyun 2018-ci il tarixli 255 nömrəli qərarınının 4.2. bəndinə əsasən “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti, 4.3. bəndinə əsasən isə “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar siyahısına daxil edilib. 

“Dövlət Turizm Agentliyinin tabeliyindəki “Şahdağ Turizm Mərkəzi” QSC-nin qış mövsümündə kanat yollarının və xizək yamaclarının, yay mövsümündə isə dağ əyləncələrinin fəaliyyətinin tənzimlənməsi, il boyu balansında olan hotellerin idarə edilməsi fəaliyyəti ilə məşğul olduğundan, eləcə də fəaliyyətinin təsərrüfat hesablı prinsip əsasında həyata keçirilməli olduğu nəzərə alınaraq mərkəzin idarəedilməsi üçün nəzərdə tutulmuş vəsaitin optimallaşdırılması, həmçinin büdcə vəsaitlərinin nəticəliliyinin yüksəldilməsi məqsədilə QSC-nin gəlir əldə edilməsi ilə bağlı fəaliyyətinin gücləndirilməsi, eyni zamanda vəsaitlərin qənəatli və səmərəli istifadəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”. 

K.Quluzadə qeyd edib ki, idarəetmənin sistemliliyinin, mövcud resurslardan səmərəli istifadə olunması, nəticə etibarilə, əsas fəaliyyətdən olan gəlirlərin artırılması və xərclərin azaldılması istiqamətində işlərin görülməsi zərurətindən Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə bağlı bəzi məsələlər və “Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 254 nömrəli qərarına və Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə 10 sentyabr 2018-ci il tarixli 381 nömrəli qərarına əsasən Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi qərarlaşdırılıb”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam