Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sinqapurda ilk dəfə - Azərbaycanın turizm potensialı təbliğ edilib

16-18 oktyabrda Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 4 turizm şirkəti və 1 hotel Sinqapurda keçirilən “ITB Asia 2019” sərgisində iştirak edib.

Yenixeber.org: Dövlət Turizm Agentliyindən bildirilib ki, stend ziyarətçilərinə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və s. barədə detallı məlumatlar verilib.

Sərgi çərçivəsində Azərbaycanı təmsil edən şirkət nümayəndələri ilə beynəlxalq turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib, təklif olunan müxtəlif turizm məhsulları barədə müzakirələr aparılıb.

“ITB Asia” hər il 3 gün ərzində keçirilən B2B (Biznesdən-biznesə) formatlı turizm ticarət sərgisidir.

“Messe Berlin (Singapore) PTE. LTD” şirkəti və Sinqapur Sərgi və Konvensiya Bürosu tərəfindən təşkil olunan bu sərgi turizm sənayesinin dünya üzrə aparıcı nümayəndələrini bir araya gətirir. Sərgi zamanı müxtəlif seminar və digər tədbirlər baş tutur.

Bu il sərgiyə 132 ölkədən 1300-dən çox iştirakçı, 13 mindən çox ziyarətçi qatılıb, həmçinin 3 gün ərzində 27 mindən çox işgüzar görüş keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam