Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağ Göl Milli Parkında direktor kimdir? – Qüdrət İbrahimov, yoxsa Loğman Mehdiyev… -“Bazar” hələ də işləyir…

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu suala aydınlıq gətirməlidir. Çünki Ağ Göl Milli Parkında Loğman Mehdiyev “bazarı” hələ də işləyir…

Yenixeber.org: Adı daim mətbuatın gündəmindən düşməyən Ağgöl Milli parkı ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Verilən məlumata görə, Milli Parka yeni direktor təyin edilən Qüdrət İbrahimov öz səlahiyylərini tamamilə Loğman Mehdiyevə verib və Ağ Göl Milli Parkında bütün işləri, nəzarəti müavini Loğman Mehdiyevə həvalə edib.

Saytımıza daxil olan məlumatda bildirilir ki, direktor müavini Loğman Mehdiyev Ağ Göl Milli Parkında köhnə adət ənənə olan balıq və heyvan ovunu davam etdirməklə məşğuldur. Belə ki, hazırda Ağcabədi, Beyləqan, İmişli rayon bazarlarına hər həftə Ağ Göl Milli Parkından tutulan külli-miqdarda balıqlar satışa çıxarılır. Məlumatda vurğulanır ki, keçmişdə parkda 40-a yaxın brokonyer balıq ovlayırdısa, indi bu rəqəm 15-ə endilib və balıq ovu ilə daimi həmin adamlar məşğul olur.

Brokonyerlərin azaldılmasının səbəbi isə balıq ovunun gizli saxlanılması ilə əlaqədar olduğu deyilir. Həmin məlumatda qeyd edilir ki, balıq ovu ilə bərabər hazırda parkda vəhşi qaban və müxtəlif quşlar qanunsuz olaraq ovlanır. Ancaq ov edənlər brokonyerlər deyil, daha çox parkın mühafizəsi ilə məşğul olanlardır. Yəni Ağ Göl Milli Parkında flora və faunanı qorumaqla vəzifəli olan şəxslər parkda müxtəlif quşları və qabanları ovlayaraq onların satışını təşkil etməklə məşğuldurlar.

Maraqlıdır ki, Ağ Göl Milli Parkının direktoru Qüdrət İbrahomov olsa da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında rəhbərliyin adı Loğman Mehdiyev yazılıb. Halbuki Loğman Mehdiyev 6 ay bundan öncə ölümlə nəticələnən avtoqəza məsələsindən sonra direktorluqdan çıxarılaraq müavin təyin edilib. Amma nazirliyin saytı Loğman Mehdiyevin adını direktor kimi saxlmağa davam edir.

Əslində nazirlik həqiqəti yazıb.Çünki Ağcabədi, Beyləqan və İmişli bazarlarında balıq və çöl heyvanı biznesi ilə məşğul olanların hamısı bir ağızdan Ağ Göl Milli Parkının əsas sahibinin Loğman Mehdiyev olduğunu deyirlər.(milliyol)

Mövzuya qayıdacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam