Ağ Göl Milli Parkında Loğman Mehdiyev Rahim Gəncəliyev özbaşınalığı-Problem
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ağ Göl Milli Parkında baş alıb gedən qanunsuzluqlarla bağlı ölkə mətbuatı illərdir yazır. Buna baxmayaraq, qanunsuzluqlara rəvac verən direktor Loğman Mehdiyev və komandası hələdə iş başındadır
Düzdür, arada bir dəfə yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Loğman Mehdiyevi işdən azad etməyə cəhd edib. Lakin nazirin bu cəhdi uğursuz olub. Yəni gündüz işdən çıxarılma əmri axşam geri oxunub və Loğman Mehdiyev yenə də öz "işi" ilə məşğul olmağa başlayıb.
Cəzasızlığın nəticəsidir ki, Loğman Mehdiyev və komandası yenə öz qanunsuzluqlarını davam etdirir, istədikləri formada pul qazanırılar və buna görə onlardan heç kim hesabat tələb etmir.
Redaksiyamıza daxil olan məlumata görə, hazırda İmişli rayon bazarında balıq biznesini Ağ Göl Millli Parkının inspektoru Rahim Gəncəliyev həyata keçirir. İnspektor Rahim Gəncəliyev həm də direktor Loğman Mehdiyevin "şilləvuranı", yaxud "sağ əli" kimi tanınır. Belə ki, Ağ Göl Milli Parkında bütün brokonyerlərdən "hesab" alınması işini Loğman Mehdiyev inspektoru Rahim Gəncəliyevə tapşırıb.
Məlumata görə, Rahim Gəncəliyev Ağ Göl Milli Parkında brokonyerlər tərəfindən tutulan balıqları onlardan 2-3 manatdan alaraq, İmişli bazarında özü satdırır. Mənbəmiz bildirir ki, Ekologiya müfəttişlərinin fəallığı Ağ Göl Milli Parkının direktoru Loğman Mehdiyevin əl-qolunu müəyyən qədər bağlayıb. Buna görə də direktor əvvəlki kimi çoxlu sayda brokonyeri Ağ Gölə buraxa bilmir. Amma Loğman Mehdiyev bu problemə yeni "çözüm" tapıb. Belə ki, gündəlik Ağ Göl Milli Parkına 7-8 brokonyer girir və onlar tutduqları balıqları Loğman Mehdiyevin adamlarına satırlar. Ucuz qiymətə brokonyerlərdən alınan balıqlar bazarlarda xeyli baha qiymətə satılır.
Məlumata görə, İmişli bazarına Rahim Gəncəliyev tərəfindən gündəlik 200-250 kq balıq satışa çıxardılır və qiymət 10-13 manat arasında dəyişir.
Loğman Mehdiyevin digər bir yaxın adamı isə Ağcabədi və Bərdə rayonlarını balıqla təmin edir ki, bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.(azfakt.com)
Qarşı tərəfin mövqeyni verməyə hazırıq