Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Paytaxtın ucuz və təhlükəli dönərxanaları: əhaliyə sabun yağı yedirdilir?

Qardaş Türkiyədə dönərə sabun yağı qatıldığı üzə çıxıb; əməkdaşımız Bakıda araşdırma aparıb; tanınmış həkim xəbərdarlıq edir: “Bizdə hazırlanan dönərlər birmənalı ziyandır, çünki...”

Yenixeber.org: Ötən həftə KİV-də yayılan xəbərlər həyəcan doğurmaya bilməzdi. İnformasiyanın mahiyyəti ondan ibarət idi ki, Türkiyədə ucuz başa gəlsin deyə, dönərə quyruq yağı əvəzinə sabun istehsalında istifadə olunan yağ qoyulur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə yenisabah.az-a bildirmişdi ki, Azərbaycanda nəinki beləsi, hətta bundan təhlükəli versiyalarda ola bilər.

Onun sözlərinə görə, sabun yağından dönərdə istifadə Azərbaycanda da istisna deyil. Sitat: “Qida Təhlükəsizliyi Agentliyində fəaliyyət göstərən bu dönərxanaların 80 faizini qeydiyyatdan keçməyibsə, nəinki Türkiyədəki hadisə, hətta ondan betəri də baş verə bilər. Ölkədə dönərləri qanuni hazırlayan iki müəssisə var. Bu şirkətlər əti mənfi 40 dərəcə dondururlar. Səbəb də bütün heyvan xəstəliklərinin ətlərin içərisində ölməsidir. Şişə taxılmış və dondurulmuş şəkildə dönərxanlara gətilir. Dönərxanların  heç bir faizi də oradan ət almır. Bu şirkətlərdə həm quş dönəri, həm də iribuynuzluların dönərini hazırlamağa icazə var. Dönərxanaların bu şirkətlərdən ət almamasının səbəbi də daha ucuz ət axtarışında olmalarıdır. Biz dönərxanalara getsək, orada sertifikat asıldığını görərik. Bu sertifikatın o dönərə aidiyyəti yoxdur”.

Deyilənlərin izinə düşüb həftə sonu şəhərdə bir neçə dönərçilərə baş çəkdik, hansı ətdən, hansı quyruq yağından istifadə etdiklərini aydınlaşdırdıq. Əvvəla, Bakıda əksər dönərxanalarda qiymətlər standartdır - 1 manatdan 2 manata qədər...Təbii ki, 1,40 manat, 1,50 manat, 1, 60 manata da dönərlər “n” qədərdir. Paytaxtın elə künc-bucağı, məhəlləsi, elə metro ətrafı, elə təhsil ocağının yaxınlığı yoxdur ki, orada nəinki bir, bir neçə dönərxana fəaliyyət göstərməsin. Hər dəfə dönərdə hansı ətdən, quyruqdan istifadə gündəmə gəlsə də, müvafiq qurumlar detallı araşdırma aparmırlar. Məlum məsələdir ki, 1 manatlıq dönərin əti kilosu 11 manatdan alınmış dana əti ola bilməz.

Baş çəkdiyimiz ucuz dönərxanaları işlədənlər sualımıza düzgün cavab verməkdən ya boyun qaçırırlar, ya da rayondan gətirilən mal ətindən istifadə olunduğunu söyləyirlər. Onlar dönərin qoca heyvanın ətindən bişirildiyini istisna etməsələr də, sabun yağının ona vurulması iddialarını rədd edirlər. Əksəriyyəti bunu vicdansızlıq adlandırır. Dönərçilər deyirlər ki, quyruq yağı istənilən qədər tapmaq çətin olsa da,  bəzən ondan istifadə etməmək də mümkündür. Dönərçilər danışırlar ki, insan sağlamlığı üçün təhlükəli məsələlər var: “Gərək keyfiyyətsiz və təhlükəli xammaldan istifadə olunmasın, ət tam bişsin. Bir çox dönərxanalarda ət tam bişirilmir. Sonra ətin suyu və sous əgər çiy hissədən bişmiş hissəyə axırsa, sağlamlığa ziyan vurur. Təmizlik də öz yerində...”

Amma dönərxana sahibləri niyə bu qidanın 1 manata satıldığını əsaslandıra bilmirlər. Ətin kilosu ilə bu qiymət daban-dabana ziddir. Üstəlik, müşahidə apardığımız dönərxanaların bir çoxu natəmizdir, gigiyenik qaydalara əməl olunmur, bir köşkdən ibarət darısqal yerlərdə həm dönər aparatı qoyulub, həm müxtəlif məhsullar saxlanır. Yəni belə yerlərin dönərini yeməkdənsə, ac qalmaq məsləhətdir. Ona görə bir çoxunda sabun yağından tutmuş orqanizmə ziyan verən müxtəlif qatqılara qədər istifadə etdiklərinə şübhə qalmır.

Bundan başqa, gözəgəlimli, diqqətçəkən obyektlər istisna olmaqla, bir çox dönərxanaların heç sertifikatı da yoxdur. E.Hüseynovun dediyi kimi, hansısa “firma”dan kağız alıb divara yapışdırırlar. Həmçinin İnzibati Xətalar Məcəlləsinə əsasən, toyuq dönəri satan fiziki şəxslər 50-100 manata qədər, vəzifəli şəxslər 100 -200 manata qədər, hüquqi şəxslər isə 200-400 manata qədər cərimə olunmalıdırlar.

Amma bu xəbərdarlığı və sanksiyanı əksəriyyəti qulaqardı edir. Bu gün dönərxanalarda ən çox satılan da elə toyuq ətindən hazırlanmış dönərlərdir.

Toyuq əti mikroblara qarşı daha həssas sayılır. Bu da insan orqanizmində müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Köz və qazla bişən dönərlər də insan orqanizmi üçün daha təhlükəlidir. Hər iki halda bişən dönər ziyanlıdır. Ona görə ki, həmin prosesdə ətin içi yaxşı bişmir. Üz tərəfi qızarır, onu kəsib qaba tökürlər, daxildə olan ətin qan plazması bişməmiş halda həmin kəsilən hissəyə axıb qarışır və bu cür də istehlakçıya verilir. Həmin qan qarışan dönər heyvanda olan xəstəliklərlə birlikdə insanlara ötürülür.

Onun da nəzərə almaq lazımdır ki, əksər dönərxanalar yolun qırağında yerləşir və havadakı bütün toz və çirk ətin üzərinə qonur. Hətta ət keyfiyyətli olsa belə, bu çirk və toz onun üzərinə qonur. Belə ət mikrobioloji olaraq çirklənmiş və zərərli ətdir. Bundan əlavə, istehlakçılar dönər alarkən istifadə olunan ətin sertifikatını tələb edə bilərlər. Qida Təhlükəsizliyi Agentliyinin bu məsələ ilə bağlı normativləri mövcuddur.

İstehlakçılar restoran və dönərxanalardan sertifikat tələb etməkdən çəkinməməlidir. Bu, onların haqqıdır. Dönər alarkən onu hazırlayan şəxsin əlcəkdən istifadə edib-etmədiyinə də diqqət etmək lazımdır. Təəssüf ki, bir çox hallarda dönərxanaların əksəriyyətində satıcılar əlcək və xüsusi geyim geyinmir. Belə yerlərdə təhlükəli  bakteriyalar çoxalır və insanların zəhərlənməsinə səbəb olur.

Pediatr Vaqif Qarayev ile ilgili görsel sonucu

Pediatr Vaqif Qarayev bildirdi ki, qida təhlükəsizliyi dünyada strateji məsələdir. Onun sözlərinə görə, bu yaxınlarda qida keyfiyyətinə nəzarət edən xarici şirkətlərdən biri mağazalarda satılan uşaq qidalarında toksik maddələr olduğunu açıqlayıb. “Dönər pis yemək deyil və bütün iri şəhərlərdə tez hazırlanan yemək var. Ancaq Azərbaycanda hazırlanma qaydası, inqridiyentlər fərqlidir. Necə olur ki, ətin kilosi 11 manatdır, dönər 1 manatdır, üstündə ayran da verilir. Deməli, ortada fırıldaq var. Üstəgəl, leş əti satanlar artıb”, - deyə həkim qeyd etdi.

V.Qarayev ümumiyyətlə, toyuq və mal ətinin bu gün aktual problem olduğunu söylədi: “Dönərxanalara nəzarət zəifdir. Deyirlər ki, ictimaiyyət dəstək versin. Axı insanlar neyləsin, 100 alıcıdan biri sertifikat tələb edə bilər. Alıcının işi-gücü yoxdur ki, hər dəfə dönər alanda ”demaqoqluq" eləsin, sənəd istəsin? Təbii ki, ictimai müqavimət də olmalıdır, amma müvafiq qurumlar nəzarət etməlidir".

Pediatr bildirdi ki, bu gün uşaqlı-böyüklü mədə-bağırsaq problemi çoxalıb: “Dönər uyğun texnologiya hazırlananda ziyanı yoxdur. Amma birmənalı olaraq deyirəm ki, bizdə hazırlanan dönərlər ziyandır. Oğlan uşaqlarını, tələbə oğlanları başa düşmək olar, qızlar niyə dönər yeyir, özləri yemək hazırlasınlar. Çünki tozun-küləyin altında dönər hazırlanır. Dərinə getsən, infeksiya tapmaq mümkündür”.
“Yeni Müsavat”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam