Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Qoşqar Təhməzli necə qidalanır? - AQTA sədri quyruq yağı yeməyi məsləhət görür

Qoşqar Təhməzli necə qidalanır?


Son zamanlar əhaliyə, xüsusən, gənclərə yanlış qidalanma pəhrizləri təlqin edən "diyetoloqlar" çoxalıb.

Yenixeber.org:  Bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Süfrə" dərgisinə müsahibəsində deyib.

Q.Təhməzli arıq insanların sağlam olması barədə fikirlərin yanlış olduğunu bildirib:

"İnsan normal çəkisində olmalıdır. Gənc xanımlar arıqlamaq üçün bütün günü meyvə yeyirlər. Soruşanda da deyirlər ki, diyetoloq məsləhət görüb. O dəqiqə bilinir ki, həmin "diyetoloqlar"ın təbabətdən xəbəri yoxdur. Meyvədə də fruktoza var. Ona görə də qədərində istifadə olunması tövsiyə olunur".

Onun sözlərinə görə, qida və sağlamlıqla bağlı hər bir tövsiyənin arxasında elmi istinad, mənbə olmalıdır:

"İstər ekspertlər, istər diyetoloqlar, istərsə də həkimlər qida ilə bağlı xülyalarını insanlara fakt adı ilə təqdim etməməlidirlər. İnsanlarımız hər deyilənə inanıb, onu öz üzərilərində sınamamalıdırlar".

Agentlik sədri şəxsi qidalanmasından da danışıb:

"Təbii qidalanmaya üstünlük verirəm. Rəngli, qazlı, şirin sulardan istifadə etmirəm. Şəkər, demək olar ki, rasionumda yoxdur. Tövsiyə edirəm ki, əhalimiz sağlam qoyun, quzu ətindən istifadə etsin. Son illər çox yanlış bir mif formalaşıb ki, qoyun əti ziyanlıdır. Əksinə, qoyun ətinin iç yağı, quyruğu orqanizm üçün çox faydalıdır. Quyruq yağından çox istifadə etmək lazımdır. Quyruq yağı damarların keçiriciliyinin artırılmasına səbəb olur.

Eləcə də rafinə olunmuş məhsullardan uzağam. Mövsümi meyvə-tərəvəz qəbul edir, yerli məhsullara üstünlük verirəm. Azərbaycan qidaları daha təhlükəsizdir, həm də orqanikliyini qoruyub saxlayıb".

O vurğulayıb ki, insan orqanizmi üçün ən təhlükəli toksiki maddə şəkərdir:

"Blast hüceyrələr, yəni xərçəng şəkərlə qidalanır. Ona görə də şəkərli məhsulların istifadəsini məsləhət bilmirəm". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam