Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zavod direktoru:"Azərbaycanda insanlar mənşəyi məlum olmayan şprislər alır"

 

"Təəssüf ki, bu gün Azərbaycanda insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil".

Yenixeber.org: Bu fikirləri "Diamet" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər kəs, əsasən, dərmanın keyfiyyəti ilə maraqlanır: "Ancaq kimsə şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Azərbaycan istehsalı olan şprislərin içərisində uc hissədə qara rezin olmur. Qara rezin olanda həmin şprislər tam steril sayılmır. Yəni üç hissədən ibarət olan şprisin bir hissəsi 30 faiz steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər".

Zavodun istehsal etdiyi şprislərin ikihissəli olduğunu deyən direktor bildirib ki, artıq Avropanın qabaqcıl ölkələri də üçhissəli şprislərdən istifadə etmir: "Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil. Azərbaycan istehsalı şprislərdə isə tibbi xammaldan istifadə olunur".

S.Hüseynova vurğulayıb ki, zavodun istehsal etdiyi şprislərin iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma" şirkətinə məxsusdur: "İynələr Azərbaycana hazır şəkildə gətirilir. Artıq ölkədə 2, 5, 10 və 20 qramlıq şpris satışına başlamışıq. Bu günə qədər ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Bizim istehsal etdiyimiz şprislər Almaniyanın ən yüksək keyfiyyətli şprislərindən 30 faiz ucuzdur".

Direktor qeyd edib ki, zavodun istehsal etdiyi şprislər hazırda ölkədəki apteklərdə satılan şprislərlə eyni qiymətdə olsa da, keyfiyyəti olduqca yüksəkdir: "Bu ilin may ayından açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycanın şprislərə olan tələbatını ödəyir. Əsas məqsədimiz yerli bazarı keyfiyyətli şprislərlə təmin etməkdir. Qısa müddət ərzində daxili tələbatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Qarşıdakı illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması da nəzərdə tutulur. Belə ki, zavodda tibbi kəpənəklər, sistem şlanqları, tibbi məhlulların hazırlanması də planda var". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam