Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcra hakimi səhiyyə idarəsinin rəhbərini söyür:“Zibil, cındır, impotent, o məktubu sənin ağzından soxub...”

 

Özbəkistanda yerli icra hakimiyyəti rəhbərlərinin tabeçiliklərindəki məmurlarla “dövlətçilik janrında” daha bir “tərbiyəvi söhbətinin” audioyazısı yayılıb.

Yenixeber.org: Bu dəfə Əndican vilayətinin hakimi (icra hakimiyyətinin başçısı) Şöhrət Abdurəhmanov yerli müəssisə və təşkilat rəhbərlərinin iclasında iştirak edənlərə, o cümlədən vilayət səhiyyə idarəsinin rəhbərinə ağır söyüşlər yağdırıb. Abdurəhmanovun çıxışının audioyazısını “Azadlıq” radiosunun özbək xidmətinin redaksiyasına ötürüblər. Audioyazı 2 saat 36 dəqiqə davam edir.

Audioyazını göndərən mənbə bildirib ki, həmin səs yazısı iyunun əvvəllərində vilayətin Paytuq şəhərində keçirilmiş yığıncaqda qeydə alınıb. Yerli təşkilat rəhbərlərindən biri həmin səs yazısının icra hakiminə aid olduğunu təsdiqləyib.

 

Belə məlum olur ki, icra hakimi yerli səhiyyə idarəsinin rəhbərinin Əndicandakı zavodda istehsal olunan və yerli xəstəxanalara verilən  şprislərin keyfiyyətsiz olduğu haqda səhiyyə nazirinə ondan xəlvəti yazdığı məktuba görə qəzəblənib. Səhiyyə naziri isə həmin məktub əsasında Baş prokurorluğa şikayət yazıb.

“Sən nəyə görə mənə ağıl öyrədirsən ey, vilayət səhiyyə idarəsinin rəhbəri, zibil, “mraz”, cındır. Mənə de görüm sən ümumiyyətlə nəsə barədə məlumatlısan?! Sən nə xəstəliklər haqda bilirsən, nə heç bir şey haqda! Sənin o nazirin, o zibil bu yaxınlarda gəldi yanıma, yaltaqlandı, sonra Əndicandan qayıdıb baş prokurora yazdı ki, guya mən tender keçirmədən keyfiyyətsiz şprisləri və əlcəkləri xəstəxanalara verirəm. Sən “mrazsan”, düdüksən, sabah səni məhv edəcəm, zibil. Baş prokuror mənə deyir: “Şöhrət əkə, nazirlə danışın, o sizdən Baş prokurorluğa məktub yazıb”. Sənin şprislərlə bağlı nə iradın ola bilər, zibil? Əgər sən tibb işçisi kimi nəsə qanırsansa bu şprislər necə keyfiyyətsiz ola bilər?”,-Şöhrət Abdurəhmanov vilayət səhiyyə idarəsinin rəhbəri Avazbek Abdurəhmanova  deyir.

Bu vaxt səhiyyə rəhbəri icra hakiminə nəsə cavab verməyə çalışır, amma icra hakimi daha da qəzəblənir.

“Əgər sən etiraz etmişdinsə nəyə görə nazirin belə eləyib? Axı nəzarət-təftiş idarəsi mənim yox, sənin evinə gəlmişdi. Sən hara baxırdın, zibil? Nəyə görə onun əlindən tutub demədin ki, gəl hakimin yanına gedək? İt, deyirsən ki, şprislər və əlcəklər keyfiyyətsizdir, bəs bu haqda mənə niyə heç nə deməmisən?! Sən zibilsən, iki cəbhəyə işləyirsən! Sənin dilini qopardacam, “mraz”, dilini qopardıb d....soxacam! Sən mənimlə oyun oynamaq istəyirsən, impotent? Mənə yaxşı qulaq as, bu gün hakimiyyət mənim əlimdədir! Sizin ikinizi də doğrayacam, zibillər!”,-icra hakimiyyəti qışqırır.

Ş.Abdurəhmanov “alovlu” nitqinə davam edərək şprisləri və əlcəkləri niyə Daşkənd firmalarından yox, Əndicandakı zavoddan aldığı haqda da danışır.

“Daşkənddən hansısa zibil haradansa şpris idxal edir. Bir neçə adam isə yuxarıda bundan 15-20 faiz olmaqla öz haqqını alır. İndi isə onlar qorxuya düşüblər ki, payları əldən çıxacaq! Mən də ora pul köçürmürəm, deyirəm ki, öz zavodlarımızdan alacam. Bütün o baş həkimləri yığdım, hansı ki, başları p...dadır. Axı mən sənin xəstəxanana da getdim, hansı ki, ömrümdə getməmişdim. Hamını toplayıb dedim: “Budur sizə şprislər, budur sizə əlcəklər, əgər keyfiyyəti ilə bağlı hansısa iradlarınız varsa deyin. Hamısı arxalarını qısıb susdular. Hazırda mənim şpris zavodumda 150 adam işləyir, əgər mən bu şprisləri sata bilməsəm adamlar maaş ala bilməyəcəklər. Bu zavod mənə vergi ödəyir. Sahibkar pul qoyub, zavod tikib. Mən kömək etməsəm sabah müflis olacaq. Nəyə görə mən iki daşkəndlinin çaldığı düdüyə oynayıb onlardan şpris almalıyam?! Bu itlər həmin düdüyün (nazirin) yanına gedib məktub yazdırıblar. Yazıblar ki, mən keyfiyyətsiz mal buraxıram. Nədir burda keyfiyyətsiz?! Sən əvvəlcə bunu sübut elə, “mraz”!”-Abdurəhmanov qışqırmaqda davam edir.

Bu vaxt kimsə zaldan nəsə deməyə çalışır, amma hakim söyməkdə davam edir. “Mən Baş prokurorluğa yazdığın həmin məktubu gətirib sənin ağzına soxacam, dalından çıxaracam”,-o, səhiyyə idarəsinin rəhbərinə deyir.

 

Əndican vilayət səhiyyə idarəsinin əməkdaşlarından biri deyib ki, icra hakimi ilə səhiyyə idarəsi rəhbəri arasında münaqişə əndicanlı həkimlərin səhiyyə nazirinə müraciətindən sonra yaranıb.

“Vilayət hakimi bütün rayon səhiyyə şöbələrinə əmr edib ki, büdcədən ayrılan pullar hesabına şprisləri və əlcəkləri ancaq Əndicandakı zavoddan alsınlar. Lakin həkimlər Səhiyyə Nazirliyinə həmin şprislərin və əlcəklərin keyfiyyətsiz olduğu haqda şikayət yazıblar. Bundan sonra Daşkənddən işçi qrupu gəlib, vəziyyəti öyrənib və hakimə izah edilib ki, düz eləmir. Bu da hakimi qəzəbləndirib, ona görə səhiyyə idarəsinin rəhbərini söyüb və iclasdan qovub. Yəni maraqların toqquşması baş verib. Hakim istəyir ki, malı ancaq ondan alsınlar, vilayət səhiyyə idarəsində isə malı kimdən hansı qiymətə almaq məsələsində qərarı özləri vermək istəyir”,-mənbə deyib.

İyunun 27-də, bu səs yazısının yayılmasından sonra sosial şəbəkələrdə xəbər yayılıb ki, Əndican səhiyyə idarəsinin rəhbəri Avazbek Abdurəhmanov işdən çıxarılıb. Lakin həmin gün “Azadlıq” radiosu ilə telefon söhbətində Abdurəhmanov bu informasiyanı təkzib edib, icra hakiminin onu söydüyünü “xatırlamadığını” bildirib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam