Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

“Siyavuş Novruzov Allahlıq iddiasına düşüb” - Qalmaqal

 

“Siyavuş Novruzov Allahlıq iddiasına düşüb” -

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov  “Azərbaycan” qəzetində başsağlığının pulla dərc olunması barədə danışarkən maraqlı fikir səsləndirmişdi.  “Başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. 

Yenixeber.org: Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əmək haqqını başsağlığı ilə verirsənsə, onda vay o jurnalistin halına!”, - deyə Siyavuş Novruzov bildirmişdi.

İlahiyyatçı Elşad Miri isə YAP-çı deputatın bu fikirlərini bölüşmür. O, bildirib ki, başsağlığının pulla verilməsi, yaxud həmin pulla kiminsə maaşının ödənilməsində hər hansı qəbahət yoxdur. 

“Burda nə var ki? Kimsə təbrik verir, kimsə başsağlığı. Bu reklam xarakterli bir şeydir. Yəni qəzet öz səhifəsində müəyyən yeri həmin şəxsə satır. Burada qadağadan, haramdan söhbət gedə bilməz. Ümumiyyətlə, nəyinsə haram, yaxud halal olduğunu demək üçün Qurana istinad etmək lazımdır. Şəxsi mülahizələr əsasında nəyinsə halal yaxud haram olduğunu demək Allahlıq iddiasına düşməkdir. Görünür, Siyavuş Novruzov da Allahlıq iddiasına düşüb”,- deyə ilahiyyatçı vurğulayıb.

Elşad Miri əlavə edib ki, ümumiyyətlə bu məsələnin müzakirəsi gülüncdür. “Daha ciddi problemlər var, onlar barədə danışmaq lazımdır. Məsələn, Siyavuş Novruzov bir dəfə mənimlə cümə namazına gəlsin, xütbələri dinləsin. Görsün ki, nə danışırlar. 

Bir çox hallarda həmin xütbələr dindarların narazılığına səbəb olub. Bu məslələrə diqqət yetirmək lazımdır”.(yenisabah) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam