Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daha bir deputat rəsmi qəzetlərdəki başsağlıqlarına qarşı

 

Daha bir deputat rəsmi qəzetlərdəki başsağlıqlarına qarşı

“Dövlət qəzetləri dövlət tərəfindən maliyyələşir”.

Yenixeber.org: Bu sözləri millət vəkili Elman Nəsirov Milli Məclisin dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzovla “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov arasında dini etiqad azadlığı ilə bağlı qanuna ediləcək dəyişiklik ətrafında yaranan qalmaqala münasibət bildirərkən deyib.

O, Siyavuş Novruzla eyni fikirdə olduğunu bildirib:

"Dövlət tərəfindən maliyyələşən "Xalq", "Respublika" və "Azərbaycan" qəzeti kimi çoxsaylı qəzetlərimiz var. Bəzən dövlət qəzetlərinin son səhifəsində başsağlığı kimi materiallara rast gəlirik. Düşünürəm ki, bu kimi yazıların çap edilməsi üçün müxtəlif qəzetlər və elektron vasitələr daha məqsədəuyğundur. Dövlət qəzetlərində başsağlığı çap edilməsi digər səhifələrdə olan mühüm siyasi məlumatlara kölgə salır. Prezidentimizin və onun köməkçilərinin ölkədə həll etdiyi və həll etməyə çalışdığı mühüm məsələlər var ki, onlar bu qəzetlərdə çap olunmalıdır. Dövlət qəzetləri bu cür materiallara üstünlük verməlidir.

Başsağlığı qəzetlərdə müəyyən məbləğ qarşılığında işıqlandırılır. Bu üsulla dövlət qəzetlərinin qazanc əldə etməsini düzgün hesab etmirəm. Dövlət qəzetləri dövlət tərəfindən maliyyələşir və işçilərin qazancları yaşayış üçün qənaətbəxşdir. Əgər başsağlığından əldə etdikləri gəlirlərdən işçilərin əməkhaqlarını ödədiklərini bildirirlərsə, düşünürəm ki, bu yanaşma heç də ciddi deyil".

Qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklərlə bağlı açıqlamasında rəsmi şəxslərdən və Prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsinin qadağan olunacağını deyib:

"Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov S.Novruzovun iradlarını qəbul etməyib. O bildirib ki, başsağlığı qəzetin gəlir mənbələrindən biridir və bunun qadağan olunması işçilərin maaşına təsir edə bilər. S.Novruzov isə bu açıqlamaya dərhal reaksiya verib. "Yeni Müsavat" qəzetinə açıqlamasında S.Novruzov "Azərbaycan" qəzetinin nəşrini dövlətin həyata keçirdiyini, redaksiyanın nəşrə pul xərcləmədiyini, həmçinin qəzetin dövlət qurumlarında abunə etdirildiyini, "əməkdaşların əlavə qazanc imkanlarının olduğunu", bu səbəbdən də B.Sadıqovun arqumentlərini qəbul etmədiyini deyib.(axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam