Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Siyavuş Novruzov azərbaycanlı milyonçuları ittiham etdi: “Niyə onlar öz mövqelərini bildirmir?”

“Bu gün Azərbaycan və Rusiya arasında çox gözəl münasibətlər var”.

Yenixeber.org: Bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib: “Lakin bundan bəhrələnən kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur: niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmir? İrəvanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda tədbirlər təşkil olunurmu? Axı siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz” , – Novruzov bildirib.

Siyavuş Novruzovun sözlərinə görə, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələri Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir: Rusiya parlamentində bir dənə Zatulin var. Amma minlərlə başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeləri dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz məsuliyyətləini dərk etməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam