Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 Şəmkirin kriminal keçmişə malik icra başçısı... -Ona yenidən "yaşıl işıq" yandırılıb?

 


Şəmkirin kriminal keçmişə malik icra başçısı...
 Onun keçmiş Vergilər Naziri Fazil Məmmədovun kadrı olması kimsə üçün sirr deyil. Amma görünəni odur ki, hazırda Şəmkirə rəhbərlik edən Alimpaşa Məmmədov keçmiş patronunuv ən erkən satanlardan biridir.
Yenixeber.org: Bu barədə saytımıza danışan mənbə iddia edir. Qaynağa görə, Şəmkir şefinin hələ də vəzifəsini qoruya bilməsinin sirri də elə bu xəyanətdədir...

Mənbənin saytımıza söylədikləri: "Bu gün Alimpaşa Məmmədov yeni himayə altındadır. Ona görə də özünü postunda kifayət qədər güvənikli hiss edir".

Qeyd edək ki, Alimpaşa Məmmədov barəsində olduqca ilginc informasiyalar da dövriyyə buraxılıb. Məsələn, onun keçmişi haqqında maraqlı faktlar var.

Alimpaşa Məmmədov hələ Vergilər Nazirliyində çalışarkən ən müxtəlif vəzifələrdə işləyib və vergilər naziri Fazil Məmmədovun “vuran əli” sayılıb. A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb. Ancaq vergilər naziri yenə ona sahib çıxaraq daha yüksək vəzifəyə - nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbayel Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən “ilişib” - iri ranqlı məmurların müəssisələrini təkrar-təkrar yoxladığına görə yuxarıların qəzəbinə tuş gəlib və nazir bu dəfə dostunu müdafiə edə bilməyib, onu vergi orqanlarından qovmağa məcbur olub.

Bir müddət işsiz qaldıqdan sonra F.Məmmədov yenidən onu reabilitasiya edə bilib və 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəis göndərib. Burada reabilitasiya olunduqdan sonra isə yetərincə strateji və “rentabelli” bir posta - Bakı Şəhər Vergilər Departamentinə rəis göndərib. Ölkədə yığılan vergilərin 83 faizinin paytaxtda toplandığını nəzərə alsaq, izafi şərhə ehtiyac qalmaz.
Burada zəruri bir arayışa ehtiyac var. A.Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi işləyərkən Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən “haqq” hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, “sahibkarların qənimi” adını qazanıb. Onun paytaxt vergi idarəsinin başına gətirilməsi nazirin düşünülmüş planı hesab edilirdi.

İndi isə görünəni odur ki, Kriminal keçmişə malik Alimpaşa Məmmədov hələ uzun müddətə mövqelərini qoruya biləcək. Yəni, TALANA DAVAM...


İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam