Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəmkirin icra başçısı niyə kortejlə hərəkət edir?

 

Adətən Prezidenti, Baş naziri və bəzi nazirləri mühafizə xidmətinin maşınlarından ibarət kortejlərin müşayiət etməsinin şahidi oluruqLakin bəzi hallarda aşağı vəzifələr tutan bir sıra məmurları da kortejdə görmək olur.
"Xeberinfo.com:  Modern.az saytına Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun şəhər daxilində kortejlərdən istifadə etməsi haqqında məlumat daxil olub. Bu barədə Şəmkir rayon sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, icra başçısının kortejdən istifadə etməsi hər hansı məsələ ilə bağlı ona yaxınlaşmağa problem yaradır.
Maraqlıdır, icra başçısının belə mühafizə olunmasına ehtiyac  varmı?!
Bu suala cavab almaq, daha doğrusu, yerli sakinlərin iddialarının nə qədər doğru olub-olmadığını öyrənmək məqsədilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla əlaqə yaratmağa cəhd etdik. Ancaq cəhdlərimiz baş tutmadı. Buna baxmayaraq, qarşı tərəfin də fikirlərini çap etməyə hazırıq. 
Xatırladaq ki, Alimpaşa Məmmədov 2014-cü ilin oktyabrında Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu təyinatadək o, Vergilər Nazirliyi sistemində çalışıb. Belə ki, A.Məmmədov Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi postunu tuturdu.
A.Məmmədov baş vergi xidməti müşaviridir. O, 2011-ci ilin əvvəlindən vergilər naziri Fazil Məmmədovun əmri ilə Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə gətirilmişdi.
A.Məmmədov həm də Azərbaycan Güləş Federasiyasının 2 saylı regional nümayəndəliyinin rəhbəridir. Bu federasiyanın prezidenti isə vergilər naziri Fazil Məmmədovdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam