Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Real Hospital” məhkəməyə verilib-İTTİHAM

"Həkim deyib qısa müddətə keçəcək, amma..."


Yenixeber.org: Bu barədə saytımıza verilən məlumatda bildirilir ki, adının çəkilməsini istəməyən gənc xanım hospitalda 5 min manatdan çox xərc çəkib etdirdiyi əməliyyatlar əks nəticə verib.

Belə ki, 2017-ci il oktaybrın 3-də klinikanın həkimi Mübariz Məmmədliyə abdominoplastika, liposaksiya və məməböyütmə əməliyyatı etdirən xanımın iki ildir ki, səhhətində müxtəlif problemlər var:

Verilən məlumatda bildirilir:“Xanımın qarnından piy çıxarılıb, dərisi dartılıb, amma dərini elə dartıblar ki, o qollarını qaldırıb hərəkət edə bilmir. Hələ də hərəkət məhdudiyyəti qalıb. Həkim deyib qısa müddətə keçəcək, lakin keçməyib. Uşaq əmizdirəndə döşünün birində süd olmadığı və digərini uşaq çox əmdiyi üçün aralarında fərq yaranmışdı - biri böyük biri kiçik qalmışdı. Əməliyyat zamanı ikisinə də eyni həcmdə material vurulduğu üçün problem eləcə də qalıb. Göbək nahiyəsinin yeri düzgün qoyulmadığı üçün göbək həddən artıq böyük qalıb. Nəticə o qədər bərbaddır ki, başqa heç bir həkim yenidən əməliyyat etməyi üzərinə götürmür”.

Məlumata görə, əməliyyatların keçirilməsi ilə bağlı “Real Hospital” tərəfindən gənc xanıma ödəniş qəbzindən başqa heç bir sənəd verilməyib: “Əməliyyat uğursuz alındığı üçün xəstə klinikanı da, həkimi də məhkəməyə vermək qərarına gəlib. Artıq klinika ilə bağlı məhkəməyə müraciət edilib və iyulun 26-da Yasamal Rayon Məhkəməsində iş üzrə proses keçiriləcək. Biz maddi və mənəvi olmaqla “RealHospital”ın 75 min manat cərimə ödəməsini tələb edirik. Ümid edirik ki, məhkəmə işi obyektiv araşdıracaq”.(afn)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam