Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Hüseynbala Mirələmovun oğlunun ƏMLAKI ƏLİNDƏN ALINDI

 

Bir müddət öncə “Rabitəbank” deputat Hüseynbala Mirələmovun oğlu, Xarici İşlər Nazirliyinin diplomatı Rauf Mirələmova qarşı 119 min manatlıq iddia qaldırıb. İddiada cavabdeh qismində Rauf Mirələmovla yanaşı, onun dayısı Elman Şiriyev, onun həyat yoldaşı və iki övladının da adı var.

Yenixeber.org: Yasamal Rayon Məhkəməsi 119 min manatlıq tələbin 101 min manatını təmin edib. Hərçənd, Rauf Mirələmov məsələyə Yasamal Rayon Məhkəməsində baxılmasını istəməyib. Məsələ qaldırılıb ki, bu işə bankın iddiasına Nəsimi Rayon Məhkəməsində baxılsın. Əsas kimi isə R.Mirələmovun bu rayonun ərazisində yaşaması göstərilib.

Amma Yasamal rayon Məhkəməsi onun bu vəsatətini təmin etməyib. Aidiyyət məsələsilə bağlı qərardaddan yuxarı məhkəmə instansiyalarına da şikayət verilib, amma nəticə dəyişməyib.

Məhkəmənin qərarına əsasən, Rauf Mirələmov və qohumlarından 101 min manat tutulub banka ödənilməlidir. Bu borcun ödənilməsi məqsədilə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən mənzilin və Lənkəranda şəhər mərkəzində yerləşən obyektin (səsyazma studiyası) açıq hərracda satılmasına da qərar verilib.

Bankla deputatın qohumları arasında çəkişmənin səbəbinə gəlincə, Rauf Mirələmovun dayısı Elman Şiriyev bankdan vaxtilə 99 min manat kredit götürüb. Həmin vaxt Rauf Mirələmov onun üçün zamin olub. Diplomatla bank arasında zaminlik müqaviləsi bağlanıb. Bu borcun cəmi 4200 manatı qaytarılıb. Kredit öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar əsas borc, faiz borcu, cərimə borcu və s. birlikdə toplanıb və bank vəsaitin ödənilməsi üçün məhkəməyə müraciət edib.

Rauf Mirələmov və qohumları Yasamal Rayon Məhkəməsinin 101 min manat tutulması, əmlakların müsadirəsilə bağlı qərarından apellyasiya şikayəti verib. Amma qərar dəyişməyib. Bir müddət əvvəl məsələyə Ali Məhkəmə baxıb, bu instansiya da aşağı məhkəmələrin gəldiyi nəticəni doğru hesab edib.

Elman Şiriyev Lerik Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ataxan Şiriyevin oğludur. 1994-1995-ci illərdə bu vəzifədə çalışmış A.Şiriyev təxminən 15 gün öncə vəfat edib. \\Bizimyol


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam