Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AQTA sədri:"Ət və süd məhsulları üzərində nəzarət daha da gücləndiriləcək"

“Biz beynəlxalq standartlara uyğun olaraq risk əsaslı nəzarət mexanizmi həyata keçiririk. Yüksək riskli məhsullar üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün istər ət və ət məhsulları üzərində, istərsə də süd və süd məhsulları üzərində qida təhlükəsizliyinə nəzarət sistemi daha da gücləndiriləcək”.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, nəzarət sistemi həm idxal olunan, həm də ölkədə istehsal olunan məhsullar üzərində olacaq.

AQTA sədri bildirib ki, mövsümlə əlaqədar bəzi müəssisələrdə monitorinqlər həyata keçirilir: “Bizə müxtəlif istehlakçılar tərəfindən 1003 “qaynar xətt”inə məlumatlar daxil olur. Həmin məlumatlar Agentlik tərəfindən nəzarətə götürülür və müvafiq qaydada yoxlamalar aparılır. Təəssüf ki, son zamanlar aşkarladığımız istehsal müəssisələrinin heç biri qüvvədə olan norma və qaydalara uyğun deyil. Onların istehsal etdikləri məhsullar insan qidası üçün yararsız məhsullar olduğu üçün həmin müəssisələrin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam