Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycana saxta düyülər gətirilirmi?- AQTA-dan açıqlama

"Ciddi yoxlamadan keçdikdən sonra düyü məhsullarının satışına icazə verilir".

Yenixeber.org: Gündəmdə olan mövzulardan biri də saxta düyülərdir. Çinlilər hər şeyin saxtasını hazırladığı kimi, düyülərin də saxtasını hazırlamağa başlayıb. Ekspertlərin fikrincə, həmin düyülərin dadında bir o qədər də fərq hiss olunmur, ancaq sonda bu, insan sağlamlığı üçün ciddi fəsadlar törədir.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə danışıb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirib ki, hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət həyata keçirilir.

O həm də "Ölkəyə idxal edilən və ölkədə istehsal edilən düyü məhsulları ciddi yoxlamadan keçdikdən sonra satışa buraxılır. Məhsulların təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı şübhə olarsa, Agentliyin əməkdaşları tərəfindən məhsullardan nümunələr götürülür və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Yalnız ekspertizanın nəticələri uyğun olduğu təqdirdə həmin qida məhsullarının satış şəbəkələrinə çıxarılmasına icazə verilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Həmçinin satışda saxta düyü olması ilə bağlı hər hansı bir şübhə olarsa, vətəndaşlar konkret faktları göstərməklə Agentliyin 1003 Qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Bununla bağlı dərhal araşdırmalara başlanacaq, plandankənar yoxlamalar həyata keçiriləcək və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunacaq" deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam