Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sosial mediada kiberhücumların aşkarlanması üçün yeni üsul hazırlanıb – AMEA

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “Sosial media məlumatlarında kiberhücumların aşkarlanması üçün Deep Learning üsulu” sərlövhəli məqaləsi “World Scientific” nəşriyyatında çap edilən “Advances in Data Science and Adaptive Analysis” jurnalında dərc olunub.

Yenixeber.org: Bu barədə İnstitutdan verilən məlumata görə, məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevadır.

Məqalədə sosial media mətnlərinin intellektual analizi əsasında kiberhücumların aşkarlanması üsulu təklif edilir. Üsul sosial mediada relevant mətnlərin tapılması yolu ilə kiberhücumların başvermə ehtimalını yüksək dəqiqliklə, az itkiyə yol verməklə proqnozlaşdıra bilir.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (“Big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqi” adlı qrant layihəsi əsasında hazırlanıb.

Qeyd edək ki, “Advances in Data Science and Adaptive Analysis” jurnalı “Web of Science”, “Academic OneFile”, “CNKI Scholar”, “CnpLINKer”, “Compendex”, “Computer & Information Systems Abstracts”, “DBLP Computer Science Bibliography” və s. beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam