Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Gədəbəyin icra başçısının bu addımı tənqid olundu - Fotolar

 

İcra başçısının bu addımı tənqid olundu -

Bu gün – Silahlı Qüvvələr Günü ərəfəsində Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qaz verilib. 

Yenixeber.org: Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 521 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 44 016 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”İstehsalat Birliyi tərəfindən cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub.

Azəriqaz-ın yaydığı bu açıqlamaya keçirilən tədbirdən çəkilmiş fotolar da əlavə olunub. Fotolardan görünür ki, mərasim yaşıl çəmənlik ərazidə təşkil olunub. Amma çəmənlik olmasına baxmayaraq yerə xalça döşənib. Hətta podiumlarda olduğu kimi keçid üçün qırmızı xalı da döşənib.

İcra Hakimiyyətinin təşkil etdiyi bu mərasimlə bağlı fotolar yayıldıqdan sonra sosial şəbəkələrdə və saytlarda gülüş obyektinə çevrilib. Tədbir təşkilatçılarının onsuz da təbii xalça olan çəmənliyə hansı məntiqlə xalça döşədikləri tənqid olunub.

İcra başçısının bu addımı tənqid olundu -
İcra başçısının bu addımı tənqid olundu -

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam