Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gədəbəyin Şınıx bölgəsi qazlaşdırılır- FOTO - VİDEO

 

 

Gədəbəy rayonunun ucqar kəndlərində qazlaşdırma işləri aparılır

 

Yenixeber.org: Qərb bürosunun məlumatına görə, rayonun sərhədyanı kəndlərinin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir. Ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış proqrama uyğun olaraq rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi ərazisinin mərhələli şəkildə qazlaşdırılmasına başlanılıb. 
Qeyd edək ki, Şınıx bölgəsində yerləşən 26 yaşayış məntəqəsindən 7-si - Kollu, Düz Rəsullu, Gərməşöylü, Hüseynqulular, Rəhimli, Təkyemişan kəndləri, həmçinin Şınıx kəndi təbii qazla təmin edilib və 19 yaşayış məntəqəsinin isə mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub. 

İlkin mərhələdə Zamanlı, Arabaçı, Fərzalı, Çay Rəsullu, İsalı və Göyəlli kəndlərinin qazlaşdırılması üçün həmin əraziyə boruların və digər materialların daşınmasına və qazlaşdırma işlərinə başlanılıb. İşlər yekunlaşdıqda ümumilikdə 800-dən artıq fərdi yaşayış evi təbii qazla təmin ediləcək. 

Bundan əlavə, Gədəbəy rayonunun Çaldaş və Səbətkeçməz kəndlərinin də cari ildə qazlaşdırılması işlərinə başlanması nəzərdə tutulub. Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və meşə fondunun qorunmasına xidmət edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam