Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Novxanıda vəzifəli şəxsin özbaşınalıqları

 

“Rasim Daşdəmirov torpaq satdığı adam vəzifəsindən istifadə edərək...”

 

"Xeberinfo.com":  Məlumata görə, Abşeron rayonu Novxanı bağlar massivi C.Orucov ükçəsində yaşayan Lalə İsmayıloda adlı sakin Tia.az-ın redaksiyasına şikayət məktubu ilə müraciət edib. Şikyətçi bildirir ki, həmin ərazidə 1998-ci ildən yaşayırlar: “Bizim evimiz su xəttinin yaxınlığındadır. Torpağımızın yaxınlığında Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun torpaq sahəsi var idi. Sonradan o, həmin sahəni başqasına satdı. 2010-cu ildən bəri hər dəqiqə təhdid altındayıq. R.Daşdəmirovun torpağını satdığı adam yüksək vəzifəli biridir, o da tutduğu vəzifədən istifadə edərək bizi torpağımızı əlimizdən almaq istəyir. Buna görə başımıza açmadığı oyun qalmayıb. Mənim qızım şikəstdir, nəvəm İlham hepatit xəstəsidir. Özüm isə ürək xəstəliyinə tutulmuşam, qorxudan, həyəcan keçirməkdən beyin iflici olmaq halındayam. Ötən il isə evimizə hücum çəkiblər, anamı itələyib yıxıblar, o da qorxusundan beyin iflici keçirdi, 3-4 aydan sonra isə dünyasını dəyişdi. Bu yaxınlarda yenə də həyətimizə doluşub gəlinimi hədələyiblər ki, qaynana de, torpağı boşaltmasa oğlunu öldürəcəyik, qızının, nəvələrinin başına oyun açacağıq. Gəlinim hamilə idi, onu da necə qorxuzublarsa 7 ay 20 günlük uşaq qarnında tələf oldu. Məndən 2 can alıblar, yenə əl çəkmirlər. Mənim isə elə imkanım yoxdur ki, çıxım başqa yerdə ev tikim. Xahiş edirəm ölkə rəhbərliyindən, ya bu özbaşınalıqları durdursunlar, ya da mənə bir ev versinlər, burdan köçüb orda yaşayım, canım qurtarsın. Hədələrdən, təzyiqlərdən bezmişəm, bilmirəm nə edim”.
Qarşı tərəfi də dinləməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam