Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Azərbaycanlı əlində kuvald Müqəddəs Pyotr kilsəsinə hücum çəkdi-Anası üçün xaç qoymaq istəyirmiş

 

Rusiyanın Sankt-Peterburq şəhərinin Petrodvortsovı rayonunda Azərbaycan vətəndaşı əlinə kuvald alaraq məşhur Müqəddəs Pyotr və Pavel kilsələrinə hücum çəkib.

Yenixeber.org: İnsident mayın 7-də, 15.20 radələrində baş verib.

Məlumata görə bu şəxs “Hyundai Accent” markalı avtomobillə kilsənin həyətinə daxil olub. Bundan sonra avtomobildən bəzi alətlər və kuvald götürərək içəri girib. Onun kilsədə nə etmək niyyətində olduğu məlum deyil.

İnsident barədə”112” xidməti məlumatlandırılıb, həmin şəxsi özəl mühafizə xidmətinin əməkdaşları saxlayıb. Onun baəsində inzibati hüquqpozma üzrə iş qaldırılıb. Məlum olub ki, bu şəxs əvvəllər də xarici vətəndaşların Rusiyada qalma rejimini pozub və barəsind inzibati protokollar tərtib edilib.

“Fontanka.ru” portalı insidentin bəzi təfərrüatlarını dəqiqləşdirib. Məlum olub ki, 33 yaşlı Azərbaycan vətəndaşı “Hyundai Accent” avtomobili ilə kilsənin həyətinə girişdəki şlaqbaumu itələyib və həyətə daxil olub. Sonra maşından bəzi inşaat alətləri və kuvad çıxarıb, qazona tərəf yollanıb və orada nəsə quraşdırmağa başlayıb.

Şəxsin hərəkətləri kilsəni mühafizə edən özəl mühafizə xidməti əməkdaşlarına şübhəli görünüb, onlar şəxsdən məqsədini soruşublar. O bildirib ki, anasının xatirəsinə xaç qoymaq istəyir. Bu zaman şəxsin hərəkətləri əsəbi imiş və emosiyalarını cilovlaya bilməyib.

Şəxsin barəsində inzibati protokol tərtib etdikdən sonra onu həkim nəzarətinə veriblər.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam