Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Sahil Babayevin Ucardakı işçiləri bu körpənin haqqına girirlər... -Şikayət

Sahil Babayevin işçiləri bu körpənin haqqına girirlər...
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Ucar rayonu Qulabənd kənd sakini Bayramova Nigar Tofiq qızı tərəfindən şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır:

"Mənim övladım 21 dekabr 2016-cı il tarixdə dünyaya gəlmiş Bayramov Məhəmməd Xalid oğlu anadan şikəst doğulub.Balaca Məhəmmədin sol qolu iflic olmaqla iki barmağı yoxdur, sağ əlinin isə iki barmağı şikəstdir.Buna görə əlillik dərəcəsi təyin edilməsi üçün sənədləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasına gönrəildi.TSEK-ı anadan şikəst doğulmuş balaca Məhəmmədə əlillik dərəcəsi təyin olunmasından qanunsuz olaraq imtina etmişdir.Qeyd edim ki, ilk olaraq biz bunun texniki səhv olmasını düşündük.Ancaq sonradan Ucar rayon xəstəxanasında bizə bildirdilər ki, texniki səhv deyil konkret imtina ediblər. Mən bu qanunsuzluq, biabırçılıq barədə Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayevə ərizə ilə müraciət etdim. Ancaq 1 aydan çoxdur ki, nazir Sahil Babayev ərizəmə cavab verməyib.Sonradan mənə bildirdilər ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ərizələrə cavab vermir.Həmin nazirlikdə əlilik dərəcəsini ancaq pulla təyin edirlər.

Sahil Babayevin işçiləri bu körpənin haqqına girirlər...

Buna görədə mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etməyi qərara aldım.Hörmətli Mehriban xanım sizdən xahiş edirəm bu qanunsuzluq faktını araşdırıb anadan gəlmə şikəst doğulmuş 2 yaşlı övladım Bayramov Məhəmməd Xalid oğluna əlillik dərəcəsi təyin olunmasına köməklik edəsiniz və bu qanunsuzluğu etmiş vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.

Əlaqə telelefon; (050) 642-61-37"

Yenixeber.org olaraq iddia olunanlarla bağlı bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...


Sahil Babayevin işçiləri bu körpənin haqqına girirlər...
Sahil Babayevin işçiləri bu körpənin haqqına girirlər... 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam