Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Travmatoloji ittiham:Professor iddiaları rədd edir

  Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Ucar şəhəri S.Vurğun küçəsi ev 21 sakini Əhmədov Hüseyn Canpolad oğlu tərəfindən məktub daxil olub. Müəllif məktubunda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışovun onu əməliyyat etməsindən və sonra yaşadığı rpoblemlərdən bəhs edir:

"Ayağımda topuğun qamış sümüyü sınmasına görə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışova müraciət etdim. Qələndər həkim məndən 800 manat pul alıb, cərrahiyyə əməliyatı etdi.Əməliyyatdan bir neçə gün sonra yeriyən zaman məlum oldu ki, sağ ayağım 5 sm yerə çatmır. Bunun isə Qələndər Canbaxışovun səhv cərrahiyyə əməliyyatı nəticəsində baş verməsi müəyyən olundu. Qələndər həkim mənə məsləhət gördü ki, sən intensiv masaj terapeyası keçməlisən ki, ayağındakı şikəstlik düzəlsin. Bundan sonra mən inanıb həmin xəstəxanada günü 20 manata 1 ay masaj olundum, ancaq heç bir faydası oladı".

 

Bu sözlər Hüseyn Əhmədovun müraciətindəndir. Biz məlum qayda və prinsiplərə uyğun olaraq professor Qələndər Canbaxışovla da əlaqə yaratdıq. Bizimlə telefon danışığında professor ünvanına olan ittihamları rədd etdi: " Belə bir xəstəm olub, lazımı əməliyatı etmişik. Əməliyat da uğurlu olub. Burada vacib olan həm də əməliyatdan sonrakı mərhələdir. Yəni masaj və hərəkətlilik. Bu haqda xəstəylə lazımı proflaktiki söhbətlərimiz də olub. Əgər o burada yatdığı müddətdə, masaj ərəfəsində kimə nə isə veribsə onun mənə aidiyyatı yoxdur. Ünvanıma dediyi ittihamlar da böhtandan başqa bir şey deyil. Sadəcə o tövsiyə etdiyim hərəkətliliyə əməl etməyib. Ayağın-oynaq hissənin hərəkətliliyi vacib idi. Özü səhlənkarlıq edib buna əməl etməyib, nəticədə də baldır-aşıq oynağında hərəkət məhdudiyyəti-kontraktura-əmələ gəlib. Ehtiyac olarsa biz yenidən onu müayinə edib, müalicəni davam etdirərik".

Professor sözügedən əməliyyatla bağlı üç rentgeneqrammanı da redaksiyamızın elektron poçtuna göndərdi: Əməliiyatdan əvvəl, əməlliyyatdan sonra və ən sonuncu. Rentgeneqrammalarla da əməlliyatın və əməliyyatdan sonrakı prosesin normal icrası izah olunur.  

 

 

        


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam