Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sumqayıtda başçıya qarşı hərəkətlənmə var -İDDİA

 

     

 

"Sumqayıtda icra başçısı Zakir Fərəcova üzdə dost görünüb, arxada əleyhinə işlər çevirən vəzifəli şəxslər var”.
Yenixeber.org: Bu sözləri saytımıza Sumqayıtdakı mənbəmiz söyləyib. Onun sözlərinə görə, şəhərdəki tikintilərə nəzarət edən xüsusi qrup artıq heç kimlə hesablaşmaq niyyətində deyil, fəaliyyətlərinə maneə kimi gördükləri hər kəsi isə zərərsizləşdirməyə çalışırlar.
Mənbəmiz bildirir ki, hazırda şəhərdə müxtəlif təyinatlı tikinti işlərinin aparılması ən çətin işlərdən sayılır. Çünki Sumqayıtın memarlıq və şəhərsalma siyasətini həyata keçirən qrup “mexanizm”-ni elə qurub ki, pul vermədən daşı daş üstə qoymaq mümkün deyil. Bu sistemdə "kilid adam" kimi rəsmən Sumqayıt Şəhər İcra Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışsa da, şəhərdə bütün tikinti işlərinə nəzarət edən Adil Xudadatovun adı keçir. Yəni, tikinti həyata keçirmək istəyən şəxs ya Adil Xudadatovu, ya da onun Mürvət adlı "köməkçisi"ni görməlidir. İşlərin isə əsasən həmin Mürvət adlı şəxsin əli ilə həyata keçirildiyi vurğulanır. Belə ki, tikintiyə icazə almaq məqsədi ilə müraciət edən vətəndaşlarla bir qayda olaraq Mürvət görüşür, qiyməti də o müəyyənləşdirir. Ev tikmək istəyənler təyin olunmuş “tass”ın hesabını verməsə, tikintini həyata keçirə bilməz, əgər bunu etsə, Mürvətin fitvası, A.Xudadatovun əmri ilə həmin tikinti sökülür. Təbii ki, bütün bunlar sakinləri kifayət qədər kasıb olan şəhərdə ciddi narzılıqlara səbəb olur.
Redaksiyamıza daxil olan məlumatda həmçinin vurğulanır ki, Mürvət adlı bu şəxs Sumqayıt şəhərində qeyri-qanuni tikinti aparmaq istəyən jurnalist “dostlarına” dabro verir. Bunun müqabilində həmən jurnalist Mürvət müəllimin sifarişli yazısını dərc etməlidir. Belə ki, qeyri-qanuni tikinti aparmaq istəyən şəxslərdən alınan “dövlət rüsumu” Zakir Fərəcovun adı ilə bağlanır və icra başçısı məqsədli şəkildə hədəfə gətirilir. Guya, alınan pulların bir qismi icra başçısına ötürülür.(rubrika.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam