Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DİQQƏT: Bu cür dərmanları almayın! - VİDEO - FOTO

 

Apteklərdən dərman alarkən onların içlik kağızının olub-olmamasına elə də diqqət etmirik. Ya da bir çox insan həkiminə inanaraq resepti əsasında aldıqları dərmanların içliyini oxumur, ya da oxuya bilmir.

Yenixeber.org: ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "O qədər xırda yazılır ki, oxumaq mümkün olmur".

Həkim reseptdə xəstənin dərmanı yeməkdən sonra udmalı olduğunu yazır, dərmanın içlik kağızında isə onun yemək yeməmişdən əvvəl qəbul edilməli olduğu qeyd olunur. Bu vəziyyət isə xəstələri çaş-baş salır.

Həkimlər xəstələrin dərmanları içlik kağızlarında yazılanlara görə yox, həkim reseptinə uyğun qəbul etməli olduqlarını bildirirlər.

Ruslan Qüdrətov - Həkim: "Həkim pasientin digər xəstəliklərini bilir və ona uyğun yazır, dərman kağızında yazılanlar isə yox".

Hər bir pasiyent qəbul edəcəyi dərmanın tərkibi, istifadə qaydaları, əks təsirləri kimi informasiyanı içlik kağızından almalıdır. Ona görə də qutusunda Azərbaycan dilində yazılmış içlik vərəqəsi olmayan dərmanların satışa çıxarılması qadağandır.

Məsələ təkcə içlik vərəqəsinin olması ilə də bitmir. Həmin kağızlardakı informasiya aydın şəkildə, tibb təhsili olmayan alıcıların belə anlaması üçün sadə formada yazılmalıdır.

İstənilən vətəndaşın hər hansı bir preparatla bağlı sualları olarsa, şübhələri yaranarsa, Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin "Qaynar xətt" xidmətinin nömrələrinə zəng vura bilərlər. Bu xidmətə daxil olan dərman preparatları ilə bağlı şikayətlər araşdırılır və lazımi tədbirlər görülür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam