Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

32 dövlət müəssisəsi hərraca çıxarılıb

zavodƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən böyük özəlləşdirmə prosesində 20 avqust 2016-cı il tarixində növbəti hərraclar elan edilib.

Xeberinfo.com:  Komitədən verilən məlumata görə, budəfəki hərraclarda 25 səhmdar cəmiyyətinin 30%-lik səhm paketləri, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi özəlləşdirməyə çıxarılıb. Hərraclar barədə məlumatlar komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində və Özəlləşdirmə Portalında yerləşdirilib: “İstənilən vətəndaş hərrac elanına baxdıqdan sonra hərraca çıxarılan dövlət əmlakı ilə bağlı Özəlləşdirmə Portalında müvafiq bölmələrdə yerləşdirilmiş məlumatlar ilə ətraflı tanış ola bilər. Portalda müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları əksini tapıb”.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin fəaliyyət profili iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən aqrar, sənaye, inşaat, xidmət, nəqliyyat sahələrinə aiddir. Bu  müəssisələr respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir, hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla aşağıdakı linkdə tanış olmaq olar:

http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti Bakının Sabunçu, Xəzər və Qaradağ rayonlarında yerləşir. Eyni zamanda, Abşeron, Sumqayıt, Mingəçevir və Şəkidə yerləşən obyektlər də budəfəki hərraclarda özəlləşməyə çıxarılıb. Kiçik dövlət müəssisə və obyektləri barədə müvafiq məlumatlarla aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri

Komitə tərəfindən özəlləşdirməyə çıxarılan 16 nəqliyyat vasitəsi barədə foto və mətn məlumatları komitənin Özəlləşdirmə Portalında, Nəqliyyat vasitələri bölməsində yerləşdirilib. Hərracda iştirak etmək istəyən vətəndaş bu barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilər:

http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/naezhliyyat-vasitaelaeri (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam