Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MedEra Hospital”dan növbəti şikayət-“Dodaqlarım əyridir, burnumdan qan gəlir”-FOTO/VIDEO

 

 

 

Yenixeber.org: Son zamanlar “MedEra Hospital” klinikasının fəaliyyəti – bahalı müayinələr, xəstələrin çoxsaylı şikayətləri, cərrahiyyə əməliyyatından sonra yaranan fəsadlar və s. bu kimi xoşagəlməz hallar dəfələrlə mətbuat tərəfindən tənqid edilib.

 Bu dəfə burun-dodaq əməliyyatı etdirən xanımı çıxılmaz vəziyyətdə qalıb.

Evelina Şükürova adlı qadın 2016-cı ildə burun-dodaq əməliyyatı üçün sözügedən hospitalın direktoru və lor həkimi olan Qəhrəman Qəhrəmanova müraciət edib.O, əməliyyat üçün həkimə 2500 manat pul ödəyib.

Qəhrəman Qəhrəmanov

Evelina Şükürovanın sözlərinə görə, ödədiyi məbləğə baxmayaraq onun əməliyyatı uğursuz olub:

“Əməliyyat uğursuz oldu. Xoşuma gəlmədiyi üçün həkim dedi ki, bir müddət gözlə, yerinə oturacaq. Bir il tamamında dodağım da əyri, burnum da bərbad vəziyyətdə idi. Burnumdan qan, çirk gəlirdi, istədiyim formada deyildi”.

Evelina Şükürovanın burun-dodaq əməliyyatı ikinci dəfə birinci əməliyyatdan bir il sonra baş tutur. Bu zaman qaydalara görə uğursuz əməliyyatdan sonra pulsuz olmalı ikinci əməliyyat üçün ödəniş tələb edilib, vətəndaşdan estetik əməliyyat üçün anesteziya və analizlərin pulu adı ilə 500-600 manat alınıb.

Bu əməliyyat da uğursuz olub. Vətəndaş qeyd edir ki, “əziyyət çəkirəm, nəfəs ala bilmirəm. Dodaqlarım əyridir, burnumdan qan gəlir, şəkillər də təqdim edəcəyəm. Əməliyyatdan öncə bundan daha yaxşı idi dodağımla burnum, nəinki indi. Dodaqlarımın tikişləri düz qoyulmayıb, geli dodağımdan tam olaraq çıxartmayıb, dodaqlarım əyridir, danışan zaman dartılır”. Şikayətçi bildirdi ki, “MedEra Hospital”ın direktoru və onun əməliyyatını aparmış Qəhrəman Qəhrəmanov hal-hazırda, “Həyat” klinikasında estetik cərrah olaraq fəaliyyət göstərir.

Qeyd edək ki,Qəhraman həkimin mövqeyini dərc etməyə çalışsaqda münasibət bildirmədi:(reportyor.info)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam