Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

2 manatdan 15 manata qədər –balıq bazarında nələr baş verir? (Reportaj)

 Payız gələndən, xüsusilə küləkli və yağışlı havalarda Bakının xalq arasında “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr” bazarının yaxınlığında yaşayanların qara günləri başlayır. Yenixeber.org: Bazarın qarşısındakı küçədə arabalarda, çirkli vanna və ya vedrələrdə, yaxud yerə sərilmiş kağız torbaların üstündə satılan balıqların üfunəti ətrafa yayılır, üstəlik qan qarışıq çirkab məhəllələrə qədər axır. Alıcıların istəyi ilə balıq təmizlənir, içalatı çıxarılır, zibil qutularına, bəzən qutuların içirəsində yer olmadığından ətrafına yığılır. Axşamlar isə bura sahibsiz itlərin məskəninə çevrilir.

Bazarda piştaxtada satılan balığın qiyməti növünə görə 3 manat 50 qəpikdən 15 manata qədər dəyişir. Bazarın qarşısındakı arabalarda isə nisbətən ucuzluqdur, burda hətta kiloqramı 2 manatdan təklif edilən balıqlar var. Baxmayaraq ki, satıcılar balığın köhnə olmadığına and-aman edirlər.

                                                 Kiloqramı 2 manatdan…

Bazarda istənilən növ - sazan, ziyad (kütüm), xəşəm, forel, xanı, belamur və digər balıq növləri tapmaq mümkündür. Xanı balığının kiloqramı 2-4 manata, belamur 6-7 manata, sazan 5 manata, forel 7 manata, xəşəm 5 manata satılır. Satıcı Seymur Kərimov deyir ki, balığın qiyməti həm də harada tutulmasından asılıdır, məsələn, çay balığı süni göldə yetişdirilmiş balıqdan, dəniz balığı çay balığından, Naxçıvandan gətirilən balıqlar isə digərlərindən bahadır. “Mən əsasən Salyandan gətirilən balıqları satıram. Naxçıvan balıqlarının, bir də naqqa balığının daimi müştəriləri var, sifarişlə gətiririk, naqqanın kiloqramını 15 manatdan veririk”, - Seymur deyir.

Əlavə edir ki, küçədəki balıqların köhnə, yaxud çirkab ərazilərdən tutulmasını yalnız bazarın içərisində alveri yaxşı getməyənlər iddia edə bilərlər. Baxmayaraq ki, arabanın üstündə balıq satılır, hər gün yoxlama aparılır, təzə olub-olmadığına nəzarət edilir.

Seymurdan fərqli olaraq, digər satıcı köhnə balığı təzə adı ilə alıcıya sırıyanların olduğunu etiraf edir. Deyir ki, bazarda çoxları aldatmaq üzrə ustalaşıb, balığı dayanmadan sulayırlar, iylənməsinə imkan vermirlər. Amma gözlərindən bilinir ki, köhnə balıqdır. “Novxanı kəndindənəm, balığı uzaqdan tanıyıram, əl vurmadan köhnə və ya təzə olduğunu bilirəm. Balığın qəlsəməsi tünd qırmızı olmalıdır, başından bataqlıq iyi gəlməməlidir”, - satıcı danışır. Söyləyir ki, çox vaxt bazar rəhbərliyi tərəfindən təmizliyə riayyət edilməsi üçün balığın təmizlənməsini qadağan edirlər, amma müştərinin istəyi də nəzərə alınır.

Bəzən alıcı evdə balığı təmizləyə bilmədiyini, yaxud vaxtı olmadığını deyir:“Natəmizlikdən şikayət edincə, zibil qutuların sayını artırsınlar, qutu dolan kimi zibili boşaltsınlar. Balıq satılmayanda belə bu yol yaylı-qışlı palçıq içində olur”.

Satıcılar onu da əlavə edirlər ki, bazarda piştaxta ilə arabanın icarə haqqı arasında fərq var, hansı ki, bu fərq qiymətə təsir edir. Alıcı da məhz qiymətə üstünlük verir, buna görə də küçədə alver daha yaxşı gedir.

 

                                               “Təki ucuzluq olsun”

Alıcılardan biri isə deyir ki, təki ucuzluq olsun, natəmizliyə göz yummaq olar. Onsuz da alınan balıq evdə yuyulur, sonra bişirilir. İllərdir bu bazardan balıq alır, hələ də narazı qalmayıb. Qiyməti sərfəlidir, həm də faydalıdır. Alıcının sözünə kənardan dinləyən taksi sürücüsü reaksiya verir. Deyir ki, bazarla üzbəüz binada yaşayır, evinin pəncərəsini açıb təmiz hava ala bilmir. Üstəlik, hər səhər blokdan bir torba zibil yığırlar. Sahibsiz heyvanlar köhnə meyvə qalırlarını, balıq içalatını bloklara qədər daşıyır. “Əvvəl şikayət etdik, gördük ki, məhəl qoyan yoxdur. Çoxunu tanıyıram, hər gün üz-üzə gəlirik, gileylənirlər ki, kiminsə çörəyinə bais oluruq. İstəyimiz odur ki, bir qədər səliqə-səhman yaradılsın. Burada paltar balığa, balıq meyvə-tərəvəzə qarışıb”.

Bazar rəhbərliyindən isə mətbuata açıqlamada hazırda bazarda ət, toyuq və balıq məhsullarının satışı üçün soyuducuların quraşdırıldığı bildirilib. Yəni proses başa çatdıqdan sonra baytar həkimə müraciət olunacaq və problem aradan qaldırılacaq.(Virtualaz.org

Ülviyyə Xudiyeva

Gülnar Əliyeva

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam