Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Türkiyə obmudsmanı Bakıdan dünyaya səsləndi: xərcləmişik""Onlara 30 milyard dollar

Türkiyə obmudsmanı Bakıdan dünyaya səsləndi: "Onlara 30 milyard dollar xərcləmişik"

“Azərbaycana hər gələndə sevinirəm. Çünki bütün istiqamətlərdə inkişafı müşahidə edirəm. 2030-ci ilə qədər dünyada davamlı inkişafa nail olmaq üçün Bakıda belə forumun keçirilməsi çox əhəmiyyətlidir. Azərbaycan və Türkiyənin qüvvətli mənəvi bağları var, könül birliyi içindəyik və bu dövlətlər qadaşdırlar. Hər iki ölkənin liderləri bu qardaşlığı bütün istiqamətlərdə inkişaf etdirirlər. Azərbaycan qazının Türkiyə üzərindən Avropaya çatdırılması sizin qədər, bizi də sevindirir. Azərbaycanın Türkiyədə 20 milyard dollarlıq sərmayəsi var. Bu əməkdaşlıq heç kimə qarşı deyil. Əksinə, regionun davamlı inkişfına töhvə verir”.

Yenixeber.org: Bu fikirləri Dayanıqlı İnkişafa Dair Bakı Forumu çərçivəsində çıxış edən Türkiyə Respublikasının ombudsmanı Şeref Malkoç deyib.

Müvəkkil bildirib ki, dünyanın bir tərəfinə idman, təhsil, mədəniyyət sahəsində inkişaf, digər tərəfində isə qan, qarşıdurma, yoxsulluq, müharibələr var:

“Ədalətin, insan haqlarının olmadığı yerdə inkişaf mümkün deyil. 10 gündür ki, Meksikadan ABŞ-a keçməyə çalışan əlacsız insanlar var. ABŞ isə Meksika ilə sərhəddə hasar tikir. Siz minlərlə insanın Cənubi Amerikadan aclıqdan qaçaraq ABŞ-a hücum etdiyini düşünün. Eləcə də Yaxın Şərqə baxın, bu ölkələrdən 5 milyon qaçqın Türkiyəyə gəlib. Bunu ən yaxşı anlayan azərbaycanlı qardaşlarımız olar. Çünki Azərbaycan əraziləri, Qarabağ Ermənistan tərəfindən işğal edilib, nəticədə 1 milyondan çox qaçqın problemi yaranıb”.

Türkiyə ombudsman əlavə edib ki, Türkiyə qapılarını Suriyadan gələn, 3,5 milyon qaçqına açıb və onlara indiyə qədər 30 milyard dollara qədər pul xərclənib: “Biz bunu insanlıq naminə edirik. Türkiyə yoxsulluq və səfalət içində olan insanlara dünyada ən çox yardım edən üçüncü ölkədir”.

Sonda Malkoç bildirib ki, dünyada ədalətin təmin edilməsi, sülhün yaranması üçün BMT-nin üzərinə böyük məsuliyyət düşür.

O, Azərrbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına dair BMT-nin 4 qətnaməsinin olduğunu, amma bu qətnamələrin indiyə qədər yerinə yetirilmədiyini xüsusi ilə vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam