Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“100 il əvvəl Azərbaycanda qadınlara seçmək hüququ verilib”- OMBUDSMAN

“100 il əvvəl Azərbaycanda qadınlara seçmək hüququ verilib” - OMBUDSMAN

“Dünən ölkə prezidentinin mənalı və analitik çıxışını dinlədik. Eyni zamanda Bakıya gələn xarici qonaqları, BMT mütəxəssislərini dinlədik. Dayanıqlı inkişafa sosial, maliyyə və digər asspektlərdən baxıldı. Mən istərdim ki, dayanıqlı inkişafa insan hüquqları prizmasından baxaq”.

YEnixeber.org: Bu sözləri ombudsmanı Elmira Süleymanova Dayanıqlı İnkişafa Dair Bakı Formu çərçivəsində “2030-cu ilədək Dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalətl məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inküliziv təşkilatlar qurmaq” mövzusunda çıxış edərkən deyib. İnsan hüquqları üzrə müvəkkil bildirib ki, Azərbaycanda dayanıqlı inkişaf məqsədləri üzrə uğurlar əldə edilib, lakin problemlər də var:

“II Dünya müharibəsindən sonra yaranan BMT üç istiqaməti priroritet kimi qoyub: sülh, bərabərlik və əməkdaşlıq. 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti bərabərlik prinsipini əsas götürərək qadınlara və kişilərə bərabər seçmək hüququ verib. 2017-ci ildə Azərbaycanın ilk könüllü hesabatı BMT-yə təqdim edilib. 2019-cu il üçün ikinci hesabat hazırlanır. Ölkəmizdə dayanıqlı inkişaf üçün həyata keçirilən işlər effektivdir və yeni təşəbbüslər ortaya qoyulur. Asan Xidmət, tolerantlıq və multikultralizmin dövlət siyasəti halına gəlməsi, strateji yol xəritələri buna misaldır”.

Elmira Süleymanova çıxışı zamanı Azərbaycanın işğal edilən 20 faiz əraziləri, habelə bunun nəticəsində 1 milyon insanın məcburi köçkün düşdüyünü xatırladıb. O bildirib ki, bununla baağlı BMT-nin müvafiq qətnamələri var: “Müharibə olduqda kütləvi olaraq bütün insanların hüquqları kütləvi pozulmuş olur. Əminəm ki, 2015-ci illər üçün yüzilliyin məqsədlərinə nail omaq üçün Azərbaycan ön yerlər tutubsa, dayanıqlı inkişaf məqsədlərinə də çatacaq, uğurlara nail olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam