Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Nazir qriplə bağlı əmr verdi

Nazir qriplə bağlı əmr verdi

 

Səhiyyə naziri Oqtay Şirəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar səhiyyə, təhsil müəssisələrində qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin görülməsi üçün tapşırıqlar verib

 

Yenixeber.org: Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyeva bildirib ki, nazir 2017-2018-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə əmr imzalanıb. Əmrə əsasən, səhiyyə müəssisələrində, orta məktəblərdə, məktəbəqədər və digər təhsil müəssisələrində dezinfeksiya tədbirlərinin gücləndirilməsi nəzərdə tutulub.

O əlavə edib ki, əmrdə əhali arasında maarifləndirmə işlərinin aparılması, dərman preparatları ilə təminat, laborator müayinələrin təşkili, səhiyyə və təhsil müəssisələrində müşahidə tədbirlərinin təşkili, xəstələrin aşkarlanması, onların vaxtında tibbi müşahidələrə və müalicəyə cəlb olunması və s. kimi məsələlərlə əlaqədar profilaktik və əks-epidemik tədbirlərin görülməsi öz əksini tapıb. Həmin əmrə əsasən, ölkədə kompleks tədbirlər həyata keçirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam