Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

“Göyçay rayon İcra Qrupu məhkəmə qərarını icra etmir”

 

2-ci qrup əlil Fətalıyev Məzahir Mikayıl oğlu tərəfindən “AzPolitika.info” saytına şikayət məktubu göndərilib.

"Xeberinfo.com":  Məlumata görə, məktub müəllifi Göyçay rayon İcra Qrupu işlərinin fəaliyətsizliyindən narazıdır. Məktubu "Azpolitika.info"-ya istinadən məktubu olduğu kimi dərc edirik: “Göyçay rayon İcra Qrupu işlərinin öhdəsindən gələ bilmir. Nəticədə süründürməçiliyə, qanunsuzluğa məruz qalmışam. Belə ki, Göyçay Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli qətnaməsi icraya yönəldilsədə qəsdən icra edilmir. Bu qanunsuzluqdan başqa həm də cinayət əməlidir. Dəfələrlə Göyçay Rayon İcra Qrupuna getmişəm, ərizələrlə müraciətlər etmişəm, ancaq heç bir qanunu tədbir görülmür.

Mənə pul borcunun alınıb verilməsi barədə çıxarılmış məhkəmə qətnaməsində adı keçən cavabdeh hazırda Bakı şəhərində yaşayır və yaşadəğı yer məlumdur. Ancaq İcra Qrupu belə əsassız bahanə gətirir ki, guya cavabdeh axtarışa verilib, zəruri tədbirlər görülür. Hamısı ağ yalandır. Göyçay Rayon İcra Qrupu hansısa maraqlarına görə Göyçay rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli qətnaməsini icra etmirlər. Mənə yalandan başdan sovdu cavab verirlər.
2-ci qrup əliləm, ayağım “qanqrena” edib. Yol yeriyə bilmirəm, çox əziyyət çəkirəm. Məhkəmənin qətnaməsi ilə mənə alınıb verilməli olan borc pulu müalicəmə xərcləyəcəm. Ancaq bunu da İcra Qrupu təmin etmir.
Göyçay rayon Regianal Ədliyyə Şöbəsinə bu barədə şikayət ərizəsi ilə müraciət etsəm də, heç bir tədbir görmək istəmir. Öyrənmişəm ki, Göyçay rayon İcra Qrupunun qanunsuz fəaliyyətindən əziyət çəkənlər çoxdur.Çoxlu sayda məhkəmə qərarları var ki, indiyədək icra olunmayıb. Mən mətbuat vasitəsi ilə Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edirəm. Cənab Nazir xahiş edirəm, Göyçay rayon İcra Qrupunun qanunsuz fəaliyyətini obyektiv araşdırıb onların barəsində qanunu tədbir görəsiniz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam