Məktəblərdən məcburi qaydada pul yığılır: İcra başçısı təhsil şöbəsi müdirindən nə tələb edib? - Göyçayda
Göyçay rayon təhsil şöbəsinin müdiri Rəşad Məmmədov məktəb direktorlarından məcburi şəkildə 150-200 manat arası vəsait yığdırır.
Xeberinfo.com: AzToday.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Belə ki, adını açıqlanmasını istəməyən direktor tərəfindən sızdırılan məlumatda iddia olunur ki,
Rəşad Məmmədov direktorlara rayon icra başçısı Mehdi Səlimzadənin Göyçay şəhərinin abadlaşdırılması üçün büdcə təşkilatlarından vəsait toplatdırdığını deyib. Rayon Təhsil şöbəsinin üzərinə isə 10 min manat düşüb. Məhz buna görədə hər bir məktəb direktoru 200 manat vəsaiti məcburi verməlidir.
Məlumatda iddia olunur ki, rayon təhsil şöbəsinin müdiri icra hakimiyyətinin adı ilə yığılan vəsaiti verməyən məktəb direktorlarının işdən azad olunacağını, yaxud rəhbərlik etdiyi tədris ocağında müxtəlif probllemlərlə qarşılaşacağını deyib. Qeyd edək ki, Göyçay rayonunda 57 orta məktəb fəlaiyyət göstərir və Rəşad Məmmədov hər bir məktəbdən yığdığı 200 manat 10 min manata yaxın vəsait edir.
Mətbuatda yayılan xəbərlərə istinad edən sosial şəbəkə istifadəçiləri Facebookda yazdığı rəylərdə qeyd ediblər ki, Göyçay təhsil şöbəsinin rayon məktəblərindən vəsait yığması ilk hadisə deyil. Analoji hadisə iki ay bundan öncədə baş vermişdi. Həmin vaxt ölkə mətbuatında və sosial şəbəkələrdə yayılan məlumatlarda vurğulanırdı ki, Rəşad Məmmədov məktəb direktorlarını yanına çağıraraq dövlət tərəfindən verilən 5 günlük əlavə əmkhaqqını tələb etmişdi. Şöbə müdiri vəsait yığma məsələsini onunla əlaqələndirmişdi ki, yeni icra başçısı Mehdi Səlimzadə ali məktəblərə daxil olan tələbələrə hədiyyələr verəcək və buna görədə direktorlar pulları verməlidirlər.
Goyçayın icra başçısı Mehdi Səlimzadənin bu biabırçılıqdan xəbəri olub-olmadığını demək çətin olsa da, hər halda çox yaxşı məmur keçmişi olan Mehdi Səlimzadənin adının belə bıabırçı hadisədə hallanması təəssüf hissi yaradır.
Bu arada mediada yayılan məlumatda iddia olunur ki, vaxtı ilə sabiq icra başçısı Mübariz Ağayev üçün pul yığan Rəşad Məmmədov indi də yeni icra başçısı Mehdi Səlimzadə üçün pul toplayır.
Qeyd edək ki, Rəşad Məmmədov uzun müddət müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Göyçay rayon şöbəsinin sədr müavini olub, 2003-2005-ci illərdə hakimiyyətə qarşı qeyri adekvat və həqiqətə uyğun olmayan iddialar səsləndirib və Göyçayda radikal fikirləri ilə fərqlənən biri olub. 2005-ci ildən sonra mövqeyini dəyişən Rəşad Məmmədov hakimiyyətə yarınmaq xətti tutaraq Göyçay internat məktəbinin direktoru olub. Bir neçə ay əvvəl hakimiyyəti olmazın “günahlarda” ittiham edən bu şəxsin korrupsiya yolu ilə varlanmaq tarixçəsi də elə o zamandan başlayıb. Daha əvvələr xalqın gələcəyi, rifahı və səadəti üçün savaşdığın bildirən Rəşad Məmədov internatda dövlət hesabına yaşayan və təhsil alan yetim və kasıb uşaqlara dövlət tərəfindən ayrılan pulları mənimsəməklə var-dövlət sahibi olub. Həmçinin keçmiş icra başçısı Mənsur Məmmədovla əlbir olaraq rəhbərlik etdiyi Səməd Vurğun adına intenrant məktəbinin torpaq sahələrini Göyçay rayonundakı oliqarxlara sataraq yaxşı qazanc əldə edib. İnternat məktəbinin direktoru vəzifəsindən Göyçay şəhər icra nümayəndəsi vəzifəsinə keçən Rəşad Məmmədov bir neçə il işlədikdən sonra rayon təhsil şöbəsinin müdiri təyin edilib. Rayons akinləri arasında gəzən söz söhbətlərə görə təhsil şöbəsinin müdiri keçmək üçün R.Məmmədov həmin vaxt icra başçısı olmuş Mübariz Ağayevə 100 min manat rüşvət verib. Bildirək ki, ölkə mediasında yayılan məlumatlarda təhsil şöbəsi müdirinin bu yaxınlarda oğlu üçün Bakı şəhərində mənzil aldığı qeyd edilib. Paytaxtda ikinci mənziləs ahib olan Rəşad Məmmədovun Göyçay şəhərində bir neçə mağazası, obyekti, torpaq sahələri var.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.