Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Azərbaycanda iqtisadi artım azalmaqda davam edir –Adambaşına düşən ÜDM neçə manatdır?



 

 

Bu ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrünə nisbətən 1,1% artaraq 29,294 mlrd. manata çatıb.

Yenixeber.org: Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.  Xatırladaq ki, iqtisadi artım göstəricisi yanvar-aprel aylarının yekununda 1,2%, yanvar-mart aylarının yekununda isə 2,3% təşkil edib. Başqa sözlə, ölkədə iqtisadi artım azalmaqda davam edir.

5 aylıq ÜDM istehsalının 48,8%-i sənayedə, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,7%-i tikintidə, 6,1%-i nəqliyyat və anbar təsərrüfatında, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşədə, 1,6%-i informasiya və rabitə sahələrində, 13,8%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7%-ni təşkil edib.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,9% artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 991,1 manata bərabər olub.(fed.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam