Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu il Azərbaycanda 43,7 mlrd. manatlıq ümumi daxili məhsul istehsal edilib

 

2017-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43 mlrd. 713,2 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1% az ümumi daxili məhsul istehsal edilib.

 

Yenixeber.org: Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,4% artıb, neft sektorunda isə 7,6% azalıb.

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,8% təşkil edib. Əlavə dəyərin 40,1%-i sənayedə, 10,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə, 16,2%-i isə digər sahələrdə istehsal edilib.

 

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ini təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 4498 manata bərabər olub.

 

"APA-Economics"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam