Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Nərimanovda növbəti tədbir

“Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadlar" layihəsinin növbəti təlimi keçirilib-Nərimanovda





bitmap-img6


04 iyun 2018-ci il tarixdə Bakı Biznes və Kooperasiya Kollecində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi keçirilib



Yenixeber.org: Təlimdə “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Röya Rzayeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Bakı Biznes və Kooperasiya Kollecinin Təlim-tərbiyə işləri üzrə metodisti Ramil Kazımov, 7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova, Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov və 50 nəfər fəal gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Bakı Biznes və Kooperasiya Kollecinin Təlim-tərbiyə işləri üzrə metodisti Ramil Kazımov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.

Sonra “Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Röya Rzayeva layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki,layihənin əsas məqsədi yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gənclərin cəlb edilməsidir.

Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamladı və qeyd etdi ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır. V.Ömərov Azərbaycan dövləti tərəfindən gənclərin sağlamlığının qorunmasına, sağlam həyat tərzinin təbliği prosesinə xüsusi diqqət yetirildiyini vurğuladı.

Mövzu ətrafında çıxış edən 7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova qeyd etdi ki, narkotik maddələr – tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

A.Pənahova eyni zamanda qeyd etdi ki, mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik “narke” sözündən götürülüb yunan dilindən tərcümədə mənası yuxu, bihuşluq deməkdir və ”mania”– cəzb etmə, ağılsızlıq deməkdir. Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdirlər. Narkomanlıq – xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranan və psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir.

Son çıxış edən Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov vurğulayıb ki, demək olar ki, hamı narkotikin necə ziyanı olduğu barədə bilir. Buna baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Niyə? Görünür narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat çox az adamda var. R.Rüstəmov qeyd etdi ki, narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların – qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar.

Sonra qonaqlar gəncləri maraqlandıran sualları cavablandırıblar.

Sonda “Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi” layihəsi çərçivəsində keçirilən esse və rəsm müsabiqələrində fərqlənən məktəblilər fəxri fərmanla mükafatlandırılıblar.











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam