Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Məmur restoranı:araq 200, konyak 300, viski 350 manat – Fotolar

Azərbaycanda məmurların nəzarətindən kənarda otel, restoran, tikinti, zavod, heç bir müəssisə yoxdur

Yenixeber.org: Müstəqil sahibkarlar olmadığı üçün bazar tariflərini oliqarxlaşmış nazir-məmurlar müəyyən edirlər. Bu gün otellər və restoranlar azad sahibkarların əlində deyil.
Onlardan biri də Novxanı sahilində yerləşən “Kalyon” restoranıdır. Dənizin sahilini zəbt edən bu istirahət mərkəzində qiymətlər “dodaq uçuqladır”.

Səbəbi isə əsasən varlıların, idarə müdirlərinin, məmurların restoranda yeyib-içməsidir. Ən əsası da içkilərin qiymətləri fantastikdir.
Menyuda xüsusi olaraq spirtli içkilərin məbləğinə diqqət çəkilib.
Məsələn, “Blue label” viskisinin 700 qramı 320, 1 litri 350 manatdır. “Hennesy XO” konyakının 0.7 olan şüşəsi 300 manatadır.
 


Şəhərdəki restoranlarda içilən “Beluqa” arağı 55-70 manat arasında qoyulsa da, “Kalyon” restoranı 0.7 olan bu içkini 200 manatdan aşağı vermir.
“Stoliçnaya”, “Russkiy standart” kimi araqlar 22-25 manat olduğu halda, burada 35-40 manatdır. Yəni, üzərinə o qədər pul qoyulub ki, burada yeyib-içənin burundan gələr.
Yerli araqlar isə 10-15 manatdır. tekila sierranın 50 qramı 5, omeqası 6 manat, “Xırdalan” pivəsi 2, 50 qəpik, “Efes” və digər pivələrin bir şüşəsi isə 5 manatdır.

 
Şərablar isə 15 manatdan başlayır və ən ucuzu elə yerli məhsullardır. Gürcü çaxırları isə 20 manatdan ucuz deyil.
Cumhuriyyet.net-in yazdığına görə, restoran Sumqayıtın icra başçısı Zakir Fərəcova aiddir. Çimərliyə edən yolu hasarlayıb və restoran tikib, idarəçiliyi yaxın şəxsə tapşırıb.
► ► ► İddialarla bağlı qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq…

Yunis/AzEuroNews/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam