Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Spirtli içkilərə qoyulan nağd pul qadağasının səbəbi

Xəbər verdiyimiz kimi, Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin nağd pulla satışı qadağan ediləcək. Bu məsələ İnzibati Xətalar və Cinayət Məcəllələrinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur. Həmin dəyişikliklərə görə, siqaret və alkoqollu içkilərin satışına görə, cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur.

 

Xeberinfo.com:  İqtisadçı Vüqar Bayramov hesab edir ki, burada əsas məqsəd qeyri-leqal bazara daxilolmaların və vergidən yayınmanın qarşısını almaqdır.

Onun sözlərinə görə, əgər satışın həcmi 50 manatdan çoxdursa, o zaman alıcı yalnız kartla alış-veriş etməlidir:

“Bu sistem tətbiq ediləcəyi halda məqsəd vergidən yayınmanın qarşısını almaq olacaq. Eyni zamanda burada digər islahat markasız satılan spirtli içkilər və digər aksiz markalarla bağlı cəzaların ağırlaşdırılmasıdır. Burada da əsas məqsəd ondan ibarətdir ki, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən, eləcə də kustar üsulla hazırlanan spirtli içkilərin satışının qarşısı alınsın. Kartların tətbiq edilməsində məqsəd vergiyə cəlbetməni tətbiq etməkdir. Nəzərə alsaq ki, aksiz markaların satış dövriyyəsi çoxdur və burada əsas məqsəd odur ki, dövriyyə vergidən yayınmasın”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam