"Sifarişli həbs" iddiası:İcra başçısı təəccüblənir, vətəndaş israr edir
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Zərdab rayonu Çallı kənd sakini Məmmədova Sehri Nizami qızının müraciəti daxil olub. Müəllif müraciətində oğlu Məmmədov Qənimət Tehran oğlunun rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin sifarişi ilə həbs edildiyini iddia edir. Səbəb kimi isə Qənimətin icra başçısının fəaliyyətini sosial şəbəkədə ictimailəşdirməsi göstərilir. Yazıda yer alan ittihamlarla bağlı Lütvəli Babayevin də mövqeyini öyrəndik. İcra başçısı bizimlə telefon söhbətində iddialara təəccübləndi və rədd etdi: "Mən elə bir adamı şəxsən tanımıram və o adam icra başçısı olaraq mənim haqqımda heç bir yerdə heç nə yazmayıb. Əgər elə bir yazı varsa göstərsinlər. Belə olan halda onun həbsinin mənim adımla bağlanması heç cür anlaşılan deyil. Mən kəndlərə görüşə gedəndə də nə o adamı, nə də onların ailəsini şəxsən tanımamışam. Bildiyimə görə Ucar rayonunda da onun Apteklərlə bağlı kriminal hadisələrdə adı hallanıb. Hüquq-mühafizə orqanları qanunlar çərçivəsində öz işlərini görürlər. Təkrar edirəm bu hadisənin mənim adımla bağlanması təəccüblüdür".
Müraciəti ixtisarla təqdim edirik:
"Mən bir ana kimi mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm.
Hörmətli İnsanlar mənim oğlum Məmmədov Qənimət Tehran oğlu heç bir cinayət törətməsə də Zərdab rayon icra başçısı Lütvəli Babayevin qəzəbinə tuş gəldiyi üçün onu şər-böhtanla həbs etdirib.Lütvəli Babayev öz çirkin əməlini sığortalamaq üçün pul gücünə telekanallar vasitəsi ilə 3 gündür şou düzəldib xalqı aldadır ki, Qənimət Məmmədov özünü müxbir kimi qələmə verib sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək sahibkarlardan pul tələb etdiyi üçün həbs edilib. Ancaq elin gözü tərəzidir. Əgər mənim oğlum 7 nəfər o şəxslərdən hədə-qorxu ilə pul tələb etmişdisə və almışdısa nə üçün hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirib onu hədə qorxu gəlib pul anada video çəklişlə nömrələnmış pullarla həbs etmirdilər ? Çünki mənim oğlum belə bir cinayət törətməyib. Bu cinayət işinin bir zərəçəkmişi var ki, oda icra başçısı Lütvəli Babayevdir.
Qənimətin barəsində şikayət edən "zərərçəkən" -lər Zərdab meşə idarəsinin müdiri Bəxtiyar Fətəliyev, icra başçısı Lütvəli Babayevə məxsus maqazini işlədən Anar Qurbanov, yenə Lütvəli Babayevin ortağı olan Luksoyl Yanacaq Doldurma Məntəqəsinin müdiri Sadiq Məmmədov, Faiq Mürsəliyev adlı ruhi xəstə və Ucar rayonunda yerləşən Lütvəli Babayevin ortağı olduğu aptekləri işlədən Elvin İsgəndərovdur.
Diqqət edin Faiq Mürsəliyevlə Qənimət bəy arasında Zərdab məhkəməsinin icraatında bu ilin fevral ayında mülki qaydada verilmiş qarşılıqlı iddia var. Faiq Mürsəliyev iddia ərizsində yazıb ki, Qənimət mənə sosial şəbəkədə yaltaq deyib təhqqir edib.Ancaq qeyd etməyib ki, məndən hədə qorxu ilə pul tələb edir. Ancaq Lütvəli Babayevin sifarişi həyata keçirilən zaman 11 mayda bu ittiham ortaya atılmışdı.
Zərdab Meşə İdarəsinin müdiri Bəxtiyar Fətəliyevin qanunsuzluğu barədə Qənimətin bu ilin yanvar ayında mətbuatda şikayəti dərc edilib.Mətbuatda gedən həmin şikayət təkzib olunmayıb.Bəxtiyar Fətəliyev ifadəsində göstərib ki. Qənimət məndən hədə-qorxu ilə pul almayıb meşə ərazisində qoyunlarını otarıb.Bəs sual olunur nə üçün indiyə qədər qanuna müvafiq tədbir görməyib ?
Zərəçəkən kimi tanınan Emin İsgəndərovun Ucarda yerləşən Lütvəli Bbayevlə ortaq işlətdikləri 3 apteki var. Qənimətin şikayət ərizəsi əsasında həmin apteklərdən birinin lisenziya və kassa aparatı olmadan işlətməsi faktı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olundu və qanunu qaydada cəzalandırıldılar. Bundan nəticə çıxarmayan qondarma zərəçəkən Elvin İsgəndərov həmin apteki təkrar olaraq lisenziya olmadan açıb işlədir. İkinci dəfə isə Səhiyyə Nazirliyi onun barəsində inzibati protokol tərtib edir. Bu barədə isə Səhiyyə Nazirliyi Qənimətə cavab məktubu göndərir.
Zərəçəkən Sadiq Məmmədov Zərdab rayonunda Luksoyl adlı Yanacaq Doldurma Məntəqəsini icra başçısı ilə ortaq işlədir.Orada benzinə qatqı qatılması, benzinin çəkisindən kəsilməsi və kassa aparatından istifadə edilməməsi faktı barədə Qənimət sosial şəbəkədə paylaşma etdi.Buna görə oranın müdiri Qənimətə zəng edib ölümlə təhdid etdiyi üçün hüquq mühafizə orqanlarında bunu araşdırdılar.Həmin vaxt Luksoyl YDM-nin sahibi Sadiq Məmmədov öz izahatında göstərməyib ki, Qənimət Məmmədov məndən hədə-qorxu gələrək pul tələb edir. Ancaq 11 mayda icra başçısının sifarişi ilə belə bir ittihamla çıxış edir.
Zərəçəkən Anar Qasımovun işlətdiyi Lütvəli Babayevə məxsus maqazində isə istifadə müddəti ötmüş məhsullar satıldığı üçün Qənimət əsaslı olaraq həmin maqazindən aldığı istifadə müddəti ötmüş enerji içkisini öz fecbook qrupunda paylaşma edib, həmdə aidiyyatı mərkəzi orqanlara şikayət ərizələri göndərib.Qənimətin şikayət ərizəsi əsasında İqtisadiyyat Nazirliyi həmin maqazində yoxlama aparıb istifadə müddəti ötmüş məhsulların satılması faktını müəyyən edir. Həmin vaxt yoxlamağa gələn Vüqar Osmanov adlı vəzifəli şəxs Qənimətlə telefon əlaqəsi saxlayır deyir ki, şikayət ərizəni yerində araşdırıam maqazinə gəlin.Qənimətdə uzaqdayam 40 dəqiqəyə gələcəm cavab verir.40 dəqiqədən sonra Qənimət maqazinin qarşısına gəlib həmin Vüqar Osmanov adlı şəxsə zəng edir.O cavab verir ki, mən siz gəlincə maqazini yoxladım istifadə müddəti ötmüş enerji içkisi aşkar edildi protokol tərtib edib icra hakimiyyətinə gedirəm. Bundan sonra icra hakimiyyətində Vüqar Osmanovun cibinə pul qoyulur deyə protokolu dəyişir. Qənimət İqtisadiyyat Nazirliyinin əməkdaşı Vüqar Osmanovun maqazindən istifadə müddəti ötmüş malı aşkar etməsi faktını etiraf etməsi barədə telefon danışığını diskə köçürüb onun qanunsuz əməllərindən Prezidentə. Baş Nazirə və İqtisadiyyat Nazirinə şikayət edir. 11 may 2018-ci il tarixdə Rəşad adlı İqtisadiyyat Nazirliyinin əməkdaşı Zərdab rayonuna gəlir və yoxlama aparır.Bundan çox-çox qəzəblənən icra başçısı Lütvəli Babayev əlini stola möhkəm çırparaq əmir verir ki. nəyin bahasına olur-olsun Qənimət bu gün həbs edilmılidir. Belə də olur. Qəniməti Zərdab Rayon Polis Şöbəsinə çağırıb qanunsuz olaraq həbs edirlər.Lütvəli Babayevin biznesinin satıcılarını, ortaqlarını isə zərərçəkən kimi üzünə qoyurlar.
Qənimətin 3 uşağı var.Böyüyünün 5, ortancılının 2 yaşı var, kiçiyi isə 2 aylıq körpədir. Qənimət özü 2-ci qrup əlil olmaqla ciddi xəstədir. Mənim oğlum heç bir cinayət törətməyib psixoloji xəstə olan icra başçısı Lütvəli Babayevin girovudur. Bu psixi xəstə olan icra başçısı öz çirkin əməlini sığortalamaq üçün telekanallara küllü miqdarda pul xərcləyib, Qənimətin cinayətkar olması şousunu 3 gündür yayımlatdırır. Hansı ki. həmin pulu bərbad gündə olan Zərdabın abadlıq işlərinə sərf etmək olardı. Bu adam düz 11 ildir Zərdabı viran günə qoyub, zərdablılara zülm yaşadır. Onun fəaliyyətindən bütün zərdablılar narazıdırlar.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm günahsız olan 2-ci qrup əlil, xəstə və 3 körpə uşaq atası oğlum Qənimətin azad olunmasına köməklik edəsiniz. And olsun bu günki müqəddəs Ramazan ayına ki, Qənimət belə bir cinayət törətməyib.Əgər Qənimət həmin cinayəti törədibsə bu günki müqəddəs Ramazan bizim ailəyə qənim olsun, yoxsa bu qondarma cinayəti hazırlayan şəxslərə qənim olsun.Amin, Amin, Amin".