Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Füzuli rayonunun daha bir qəsəbəsinə mavi yanacaq verildi

 

           

 

Beşinci Zobucuq qəsəbəsinin sakinləri göstərilən qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər

 

"Xeberinfo.com": Bu gün Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Açılış mərasimində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, respublika əhalisinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə genişmiqyaslı işlər həyata keçirildiyini bildirmiş, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunduğunu vurğulamışdır.

Alı Alıyev qeyd etmişdir ki, rayonun yaşayış məntəqələrinin əksəriyyəti artıq təbii qazla təmin olunmuş, ilin sonunadək bütün yaşayış məntəqələrinə qaz çəklişi başa çatacaqdır.

Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir.

Qeyd edək ki, 400 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 16263 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra rəmzi məşəl yandırılmış və evlərə mavi yanacağın verilməsinə baxış keçirilmişdir.

 

 

 


 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam