Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda alkoqoliklərin sayı açıqlandı- Arasında uşaq da var

Azərbaycanda alkoqoliklərin sayı açıqlandı

 

 

Azərbaycanda yeni qeydiyyata götürülən alkoqoliklərin sayı artıb

 

Yenixeber.org: 2011-ci ildə 19.765, 2012-ci ildə 21.103, 2013-cü ildə 21.584, 2014-cü ildə 22.278, 2015-ci ildə isə 21.777 nəfər alkoqolik qeydə alındığı halda, 2016-cı ildə onların sayı yenidən 21.909-a, 2017-ci ildə 21.364 yüksəlib.

2014-cü ildə Azərbaycanda 881 nəfər, 2015-ci ildə 619, 2016-cı ildə 555, 2017-ci ildə 618 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb. Ölkədə 40 yaşından sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 2017-ci ildə 15-17 yaşlı 1, 18-24 yaşlı 341 (2016-ci ildə 338, 2015-ci ildə 343, 2014-cü ildə 517), 25-29 yaşlı 926 (2016-ci ildə 924, 2015-ci ildə 928, 2014-cü ildə 1240), 30-34 yaşlı 1553 (2016-ci ildə 1638, 2015-ci ildə 1599, 2014-cü ildə 1429), 35-39 yaşlı 1850 (2016-ci ildə 1798, 2015-ci ildə 1660, 2014-cü ildə 1669), 40-44 yaşlı 2686 (2016-ci ildə 2628, 2015-ci ildə 2709, 2014-cü ildə 2583), 45-49 yaşlı 3224 (2016-ci ildə 3165, 2015-ci ildə 3175, 2014-cü ildə 3027), 50-54 yaşlı 3399 (2016-ci ildə 3386, 2015-ci ildə 3347, 2014-cü ildə 3245), 55-59 yaşlı 3383 (2016-ci ildə 3468, 2015-ci ildə 3434, 2014-cü ildə 3374), 60-64 yaşlı 2565 (2016-ci ildə 2861), 65 yaşdan yuxarı 1436 (2016-ci ildə 1713, 2014-cü ildə ümumilikdə 60 yaşdan yuxarı 4582, 2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.

Azərbaycanda alkoqoliklər daha çox kişilərdir.

Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda alkoqoliklər yalnız könüllü müraciət etdikdə və məhkəmənin qərarı ilə məcburi müalicə təyin edildikdə rəsmi qeydiyyata götürülür.

Azərbaycanda məhkəmənin qərarları istisna olmaqla, alkoqoliklərin müalicəsi daha çox könüllü şəkildə aparıldığından onların müalicəsi üçün özlərinin istəkli olması vacibdir.

Ölkədə alkoqoliklər daha çox xəstəliyin orta mərhələsində müalicə olunmaq üçün həkimə müraciət edirlər.

Qeyd edək ki, dünyada hər il təxminən 2,3 milyon nəfər alkoqollu içkilərin qəbulu nəticəsində dünyasını dəyişir. Bu isə dünyada baş verən bütün ölüm hallarının 3,8%-ni təşkil edir.

Alkoqollu içkilərin istehlakı adambaşına düşən gəlirlərin səviyyəsinin daha yüksək olduğu ölkələrdə daha çox qeydə alınır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam