Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Telegram"da problem aşkarlandı

"Telegram"da problem aşkarlandı

 

"Kaspersky Lab" şirkətinin tədqiqatçıları tərəfindən "Windows" əməliyyat sistemində "Telegram" messencerinin boşluqlarından istismar halları aşkarlanıb

Yenixeber.org: Ekspertlərin tədqiqatına əsasən, cinayətkarlar dəliklərdən ən azı 2017-ci ilin mart ayından etibarən yararlanıblar ki, daha sonra onun vasitəsilə zərərli proqram təminatını intişar ediblər. "Kaspersky Lab" sözügedən messencerin istehsalçılarını bu problem haqqında məlumatlandırıb, hazırda boşluq aradan qaldırılıb.

Boşluq "right-to-left override" (RLO) adlı hücumunun istifadəsi ilə bağlı idi. RLO - güzgü şəklində sonradan yer almış işarələrin istiqamətini əks etdirən "Unicode" kodlaşdırmasının çap olunmayan xüsusi simvoludur. Adətən ondan mətnin sağdan sola yazılan (ərəb əlifbası və ya ivrit) dillərlə iş zamanı istifadə olunur. Lakin cinayətkarlar ondan istifadəşiləri aldadmaq üçün də istifadə edə bilirlər: RLO faylın adında simvolların ardıcıllığını və formatını dəyişir. Beləliklə istifadəçilər zərərli proqram təminatını, məsələn, foto şəklində yükləyib, özlərinin də xəbəri olmadan onu işə salırdılar.

"Kaspersky Lab"ın mütəxəssisləri cinayətkarların bir neçə məqsədini müəyyən ediblər. Birinci məqsədə nail olmaqdan ötrü onlar "backdoor"un çatdırılması üçün boşluqdan istifadə ediblər. Nəticədə hakerlər istifadəçinin kompüterinə yol tapırdılar. Komanda protokolu qismində proqram təminatı "Telegram API"dən istifadə edirdi. Quraşdırıldıqdan sonra "backdoor" özünü büruzə verməyərək gizli rejimdə işləyirdi. Bunula belə, o, müxtəlif komandaları, o cümlədən casus proqram təminatının sonrakı quraşdırılmasını yerinə yetirirdi.

İkinci məqsəd - boşluq mayninq üçün proqram təminatının yayılması məqsədilə istismar olunub. Kompüterin hesablayıcı imkanlarından istifadə edərək cinayətkarlar "Monero", "Zcash", "Fantomcoin" kimi müxtəlif kriptovalyutalar əldə edirdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam