Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bronxial astmadan əziyyət çəkənlərə

Bronxial astmadan əziyyət çəkənlərə

 

 

Bronxial astma insanı əlilliyə gətirən xəstəlikdir. Bu xəstəliyi ağırlaşdıran 2 səbəb olur: iltihab və allergiya. Bu iki amil birləşəndə bronxial astma xəstəliyi yaranır. Burunun əlavə ciblərində, sinuslarda, ağciyərlərdə xroniki irinli iltihab uzun müddət davam etdikdə bronxial astmaya keçir

 


Yenixeber: Allerqoloq - pulmonoloq Elaza Mikayılzadə  bu xəstəliyin müalicə olunması ilə bağlı maraqlı məqamları açıqladı:

"Uzun müddət tənəffüs orqanlarında - burundan tutmuş badamcıq, bronxlara kimi iltihabi ocaq gəzdirən, antibiotik dərmanlarla, inqalyasiya ilə müalicələrlə sağalacağına ümid edən xəstələr qiymətli vaxtı itirərək, bronxial astma mərhələsinə keçib boğulma tutmaları başlayanda həkim axtarışına çıxır.  Bizim cəmiyyətdə ən dəhşətli məqam: xəstənin qohum-qonşu məsləhəti ilə özü-özünü müalicə etməsidir. Bu çox böyük fəsadlar yaradır.

Bronxial astmaya səbəb olan allergiya bağırsaqlardan qaynaqlanır. Bağırsaqların selikli qişasının keçiriciliyinin pozulması ilə mikroblar birbaşa qana keçir. Bəzən qanın yuyulması az müddətli təsir edir. Amma yemək yedikcə yenidən hər şey təkrarlanır. Bağırsağın mikroflorası pozulan xəstələrdə bronxial astma güclənir. Bağırsağın mikroflorası antibiotiklərlə məhv  edilir.  Allergiyanın səbəbi yad antitellərin qanda həddən artıq çoxalmasıdır. Ona görə biz bronxial astmalı xəstələrdə bağırsaqların müalicəsi ilə başlayırıq. Ağciyər, bağırsaq və dəri qoşa orqanlardır, bir sistem hesab olunur.

Çin təbabətində deyilir ki, bağırsağın ifraz edə bilmədiyi gəlib bronxun divarından ifraz olunmaq istəyir. Və bir müddət sonra bronxlar da dolur. Bronxial astma cavan və orta yaşlı insanları tutur. Astma tutmalarından sonra saqqız kimi qatı bəlğəm ifraz olunur. Adətən belə xəstələr nəfəsalmanı və bəlğəmi gətirmək üçün döş qəfəsini aşağı əyir. Yaşlı insanlarda isə daha çox ürək astması olur".  

Həkimin qeyd etdiyinə görə, bronxial astma başlamazdan 7-8 il əvvəl əlamətlərini göstərir. Bu simptomları diqqətdə saxlamaq lazımdır: yuxuda ikən səhərəyaxın inax kimi quru öskürək, burunun tutulması, dəridə qırmızı səpkilər bunlar astma öncəsi mərhələdir.
 
Bu mərhələdə bioloji tənzimləyici terapiya alsalar, özlərini bronxial astmadan qoruya bilərlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam