Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ANASINDAN SONA ƏLİYEVAYA ŞOK İTTİHAMLAR!– “Bütün mal-mülkü ələ keçirdi”

 

sona

Yenixeber.org: “Mənim ailəm, mənsub olduğum nəsil Şəmkirdə yüksək dəyərlərə malik tanınmışlardandır. Əminəm ki, bugünə qədər qazandığım nailiyyətlərdə genin də rolu var”. Bunları 99 saylı Şəmkir kənd Seçki Dairəsini Milli Məclisdə təmsil edən Sona Əliyeva müsahibələrindən birində deyib.

Xanım deputatın bu fikirlərini xatırlatmağımız təsadüfi deyil. Məsələ ondadır ki, S.Əliyevanın öz ailəsi, nəsli haqda yuxardakı fikirləri söyləyərkən, qeyri-səmimi olduğunu göstərən çox ciddi faktlar ortaya çıxıb. Belə ki, bu gənc deputatın heyrət doğuran bəzi hərəkətləri onu öz doğmaları – anası və qardaşları ilə üz-üzə qoyub, iş hətta məhkəməyədək uzanıb.

S.Əliyevanın atası Sakit Əliyev Şəmkirin tanınmış iş adamlarından, nüfuzlu ağsaqqallarından biri olub. Bu yaxınlarda uzun sürən xəstəlikdən sonra vəfat edən S.Əliyevin xeyli malı-mülkü qalıb. Nə qədər qəribə də olsa, bu gənc xanım atasının mal-mülkünə təkbaşına sahib olmaqdan ötrü, ailəsinin rayondakı hörmətini, uzun illər ərzində qazandıqları ad-sanı, eləcə də deputat kimi özünün nüfuzunu zərbə altında qoymaqdan çəkinməyib.

İşi o səviyyəyə gətirib ki, anası və qardaşı Sona Əliyeva tərəfindən qəsb edilən haqlarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalıblar. Ancaq bu da deputatı öz yolundan döndərməyib. O, səhvini anlamaq və ailəsinin haqqını özünə qaytarmaq əvəzinə “mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz”deyə, bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edib, onu evindən qovub. Millət vəkilinin gözüyaşlı anası Bəşirə xanım Əliyeva “AzPolitika.info”ya müraciət edərək, bütün bunlar haqda ətraflı danışıb. “Məni aldadıb, etibarımdan sui-istifadə edərək rəhmətə gedən həyat yoldaşımın bütün mirasına təkbaşına yiyələnib” – deyə, Bəşirə xanım deputat qızından şikayətlənib.

deputat

Milli Məclisin ən gənc deputatlarından birinin həm qanunlara, həm də milli mentalitetə zidd hərəkətləri ilə bağlı araşdırmanı yaxın saatlarda oxuya biləcəksiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam