Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Deputat Nəriman Əliyev komadan ayılıb

 

neriman_aliyev_9387Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edən deputat Nəriman Əliyev bir neçə gündür koma vəziyyətində idi.

Yenixeber.org: Milli Məclisdə 71 saylı Masallı kənd seçki dairəsini təmsil edən deputat Elmira Axundova Nəriman Əliyevin bu gün komadan ayıldığını bildirib.

E. Axundova qeyd edib ki, deputat həmkarı Nəriman Əliyevin səhhəti ilə bağlı mütəmadi olaraq həm onun ailəsi, həm də Azərbaycan Ürək Sağlamlıq Assosiasiyasının prezidenti, tanınmış ürək cərrahı Rəşad Mahmudovla əlaqə saxlayıb: “Bu gün Rəşad Mahmudov bizə məlumat verdi ki, məsləhətləşmələrdən sonra Nəriman Əliyevin süni yatızdırılmasına son qoyulması qərara alınıb. Bundan sonra Nəriman Əliyev süni nəfəs aparatından ayrılıb. Əslində bu riskli bir qərar idi, amma şükürlər olsun ki, hər şey qaydasındadır.

Nəriman Əliyev ayıldıqdan sonra məlum oldu ki, huşu tam yerindədir və əvvəllər olan hər şeyi xatırlayır. Sonuncu xatırladığı isə odur ki, avtomobildə qəflətən halı pisləşib. Rəşad Mahmudovun bildirdiyinə görə, Nəriman Əliyevin ürəyi tam sağlamdır. Ürəyə yeni qoyulan 3 damarın hər biri də öz funksiyasını normal yerinə yetirir. Həmçinin, daxili orqanlarda da hər hansı problem yoxdur. Yaxın 5-6 gün müddətində Nəriman Əliyev reanimasiyada həkim nəzarətində olacaq və daha sonra palataya köçürüləcək”.

Elmira Axundova bildirib ki, Nəriman Əliyevin yenidən sağlamlığına qovuşmasında özünün sağlam orqanizmə sahib olmasının da böyük rolu olub: “Nəriman Əliyevdə aşkarlanan xəstəlik çox nadir hallarda rast gəlinən bir xəstəlik idi. Həkimlərin bildirdiyinə görə, bu şəkildə komaya düşənlərin əksəriyyətini həyata qaytarmaq mümkün olmur. Amma deputat həmkarımız Rəşad Mahmudovun səyi ilə Nəriman Əliyev təkrar həyata qayıtdı. Bu həm də bizim tibb sahəsinin inkişafını, ölkənin müasir səviyyədə klinikalarının və təcrübəli, peşəkar həkimlərin olmasının göstəricisidir. Nəriman Əliyev əslində yenidən dünyaya gəlib”.

Qeyd edək ki, Nəriman Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam