Bakıda transseksual şəxs yaşadığı binanın komendantına bıçaqla hücum edib.
Yenixeber.org: Buna səbəb həmin şəxsin yaşadığı binada işığın sönməsi olub. Belə ki, işıqların sönməsinə görə, komendanta etiraz edən transseksualla komendant arasında dava düşüb.
Söyüş və nalayiq ifadələr işlədən transseksual şəxs ətrafdakı insanların müdaxiləsinə rəğmən, sakitləşməyib və komendantlığın yerləşdiyi otağın şüşələrini sındırıb. Əlindəki bıçaqla onu ölümlə hədələyib, təhqir edib.
Həmin anlar bina sakinləri tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb.(minval)